Skip to content
3 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bakıda keçiriləcək “Alufar IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
  • Cəmiyyət

Bakıda keçiriləcək “Alufar IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Bakıda keçiriləcək beynəlxalq “Alufar IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat
Cavidan 3 Sentyabr, 2026
kepldfPhgD5 cx

Bakıda keçiriləcək beynəlxalq “Alufar IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bakı Bulvarının “Yeddi gözəl” fəvvarəsinin qarşısındakı ərazidə “IRONMAN” kəndi və əyləncə zonası fəaliyyətə başlayıb. Ziyarətçilər burada “IRONMAN” ab-havasını yaxından hiss edə, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edə, əsas yarış ərəfəsində asudə vaxtlarını səmərəli keçirə bilərlər.

Həmçinin sentyabrın 5-də keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışında iştirak edəcək idmançıların qeydiyyatına başlanılıb.

Tədbirin əsas yarışı sentyabrın 5-də keçiriləcək. Dünyanın 62 ölkəsindən idmançılar start xəttinə çıxacaqlar. “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış olmaqla üç mərhələdən ibarətdir. Yarışlar kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçiriləcək.

“Alufar IRONMAN 70.3” çərçivəsində estafet yarışı da təşkil olunacaq. Kişilər, qadınlar və qarışıq komandalar arasında keçiriləcək yarışda ümumilikdə 47 komanda iştirak edəcək. Yarışın yekunlarına əsasən ən aktiv 3 klub da mükafatlandırılacaq.

“IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə Dünya çempionatına vəsiqə qazanacaq.

“Alufar IRONMAN 70.3 Baku” tədbiri çərçivəsində sentyabrın 4-də uşaqlar üçün “IRONKIDS”, eləcə də “Fun Run” qaçışları keçiriləcək. “IRONKIDS” yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Hər iki yarışa qeydiyyat hazırda davam edir.

Qeyd edək ki, yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Post navigation

Previous: AFFA 4 klubu cərimələdi

Bölmənin digər xəbərləri

nDcralRJZ8 v
  • Cəmiyyət

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Cavidan 3 Sentyabr, 2026
6a9951b32a9c26a v
  • Cəmiyyət

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Cavidan 3 Sentyabr, 2026
6a994832427dc6v
  • Cəmiyyət

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Cavidan 3 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 067)
  • Dünya (1. 048)
  • Gündəm (3. 345)
  • İdman (230)
  • İqtisadiyyat (157)
  • Kateqoriyasızlar (203)
  • Kriminal (278)
  • Mədəniyyət (93)
  • Siyasət (406)
  • Texnologiya (15)

Xəbər Trendi

Bakıda keçiriləcək “Alufar IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib kepldfPhgD5 cx 1
  • Cəmiyyət

Bakıda keçiriləcək “Alufar IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

3 Sentyabr, 2026
AFFA 4 klubu cərimələdi 1788440239_178843997 v 2
  • İdman

AFFA 4 klubu cərimələdi

3 Sentyabr, 2026
Putinin mühafizəsi GÜCLƏNDİRİLİB 1788436111_1 v 3
  • Dünya

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

3 Sentyabr, 2026
LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib nDcralRJZ8 v 4
  • Cəmiyyət

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

3 Sentyabr, 2026
Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib 6a9951b32a9c26a v 5
  • Cəmiyyət

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

3 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3067) Dünya (1048) Gündəm (3345) Kateqoriyasızlar (203) Kriminal (278) Mədəniyyət (93) Siyasət (406) Texnologiya (15) İdman (230) İqtisadiyyat (157)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.