Nepal dağıdıcı uçqun nəticəsində təxminən 20 min evi yenidən tikməli və bir sıra yaşayış məntəqələrini köçürməli olacaq. Fəlakət nəticəsində ən azı 1 204 nəfər həlak olub, 4 200-dən çox adam hələ də itkin düşmüş hesab olunur.
Dağıntıların miqyasının ilkin qiymətləndirməsini Nepalın Fəlakət Riskinin Azaldılması və Fövqəladə Halların İdarəetmə Agentliyi təqdim edib.
Buzlağın çökməsi avqustun 26-da Çinlə sərhəd rayonunda baş verib. Buz, daş və palçıq axınları Tibet yaxınlığındakı şəhər və kəndlərin üzərinə tökülərak yaşayış məntəqələrini məhv edib və demək olar ki, zədələnməmiş ev qoymayıb.
“İlkin qiymətləndirmələrimizə görə, 7,5 min ev tamamilə dağılıb”, – deyə idarənin rəhbəri Dharma Raj Upreti bildirib.
Onun sözlərinə görə, hətta salamat qalmış binaların bir çoxu yaşayış üçün yararsızdır. Hakimiyyət hesab edir ki, ümumilikdə təxminən 20 min evi yenidən tikmək lazım gələcək.
Hakimiyyət orqanları bu cür fəlakətlərin təkrarlanma təhlükəsini azaltmaq üçün mənzil tikintisi və yaşayış məntəqələrinin köçürülməsi üçün daha təhlükəsiz ərazilər müəyyən edir.
Nepalın Baş naziri Balendra Şah hökumətin zərər çəkmiş rayonların bərpasına və əhalinin reabilitasiyasına diqqət yetirdiyini bəyan edib. Eyni zamanda minlərlə itkin düşmüş şəxs arasında sağ qalanların axtarışı davam edir.
Xilasedicilər xüsusilə hidroenergetika layihələri ilə bağlı tunellərə diqqət yetirirlər, burada bloklanmış işçilər qala bilər.
Onun sözlərinə görə, əməliyyat sağ qalanları tapmaq ümidi qaldığı müddətcə davam etdiriləcək.
