Skip to content
21 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Cavidan 2 Sentyabr, 2026
Screenshot 2026-09-02 154935

İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin şimalında, Yuxarı Qalileya dağlarında yerləşən Hurfeiş druz şəhərinə səfər ediblər.

APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində jurnalistlər İsraildə Druz icmasının nümayəndəsi, Universal Sülh Şurası İnsan Hüquqları Təşkilatının sədri Şeyx doktor Kasem Bader ilə görüşüblər.

Görüş zamanı Bader İsraildə və regionun digər ölkələrində yaşayan druz icmalarının vəziyyəti, onların qarşılaşdığı çətinliklər və icmalar arasında əlaqələr barədə məlumat verib.

O bildirib ki, druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayırlar və uzun illər ərzində bu ölkələr arasındakı siyasi vəziyyət və sərhəd məhdudiyyətləri səbəbindən ailə üzvləri və qohumları ilə görüşmək imkanından məhrum olublar.

Şeyx Kasem Baderin sözlərinə görə, Suriya və Livanla sərhədlərin bağlı olması druz icmaları arasında əlaqələrin qurulmasına ciddi maneə yaradır. O qeyd edib ki, İordaniya ilə sülh sazişindən sonra müəyyən imkanlar yaranıb, lakin Suriya və Livandakı vəziyyət druzların bir-biri ilə əlaqələrinə hələ də təsir edir.

Bader həmçinin druzların Yaxın Şərqdə azlıq icması kimi üzləşdiyi problemlərdən danışaraq, regionda sülh və sabitliyin təmin olunmasının icmaların gələcəyi baxımından mühüm olduğunu vurğulayıb.

Görüş zamanı jurnalistlər druzların tarixi, mədəniyyəti, dini ənənələri və İsrail cəmiyyətindəki rolu barədə də məlumat əldə ediblər.

Qeyd edək ki, druzlar Yaxın Şərqdə əsasən İsrail, Suriya, Livan və İordaniyada yaşayan, özünəməxsus dini və mədəni ənənələrə malik ərəb dilli icmadır. Druzlar özlərini ayrıca dini icma hesab edir və dini inanclarını qapalı icma daxilində qoruyurlar. İsraildə druzlar ölkənin sosial və ictimai həyatında fəal iştirak edir, o cümlədən İsrail Müdafiə Qüvvələrində xidmət edirlər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Maqsud Adıgözəlov: “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq
Sonrakı: Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Bölmənin digər xəbərləri

6ad8311f31ff86ad8311f v
  • Cəmiyyət

Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Cavidan 21 Oktyabr, 2026
6cfa4b76-74f1-39d8-a59v
  • Cəmiyyət

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır – Sərəncam

Cavidan 20 Oktyabr, 2026
lITSowGHWFnDR99o V
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Cavidan 20 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom bazar Birbank biznes Business Counterpoint Research Cyberpunk Edgerunners Elektromobil Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Planşetlər Reytinq Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 316)
  • Dünya (1. 086)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (239)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (21)

Xəbər Trendi

Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 6ad8311f31ff86ad8311f v 1
  • Cəmiyyət

Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

21 Oktyabr, 2026
Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır – Sərəncam 6cfa4b76-74f1-39d8-a59v 2
  • Cəmiyyət

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır – Sərəncam

20 Oktyabr, 2026
Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər b590bf4d-9 bv 3
  • Dünya

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

20 Oktyabr, 2026
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib lITSowGHWFnDR99o V 4
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

20 Oktyabr, 2026
Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli 5
  • Texnologiya

Bank infrastrukturu nəzarət altında: aktivləri necə idarə etməli və onların etibarlı işini təmin etməli

20 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3316) Dünya (1086) Gündəm (3469) Kateqoriyasızlar (239) Kriminal (302) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (21) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 3
  • 108
  • 95
  • 4. 903

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.