Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Zimbra Collaboration Suite” (ZCS) istifadə edən təşkilatların
Cavidan 28 Avqust, 2026
6a91 v

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Zimbra Collaboration Suite” (ZCS) istifadə edən təşkilatların elektron poçt sistemlərinə qarşı müşahidə olunan hədəfli kibertəhdidlərlə bağlı xəbərdarlıq edir.

Bu barədə Agentlikdən məlumat verilib.

Beynəlxalq kibertəhlükəsizlik qurumlarının məlumatlarına əsasən, 2025-ci ilin iyul ayından “Zimbra” istifadə edən bir sıra təşkilatlara qarşı fişinq kampaniyaları həyata keçirilib. Hücumlarda “Zimbra Collaboration Suite”in müəyyən versiyalarında mövcud olmuş “CVE-2025-66376” zəifliyindən istifadə edildiyi bildirilir.

Zəiflikdən istifadə zamanı istifadəçiyə legitim elektron məktub təsiri bağışlayan zərərli mesaj göndərilir. Zəifliyə məruz qalan “Zimbra” sistemlərində belə məktubun istifadəçi tərəfindən görüntülənməsi zərərli kodun icrasına imkan verə bilər. Nəticədə elektron poçt yazışmalarının və digər həssas məlumatların ələ keçirilməsi, istifadəçi hesablarına icazəsiz giriş əldə edilməsi və həmin hesabların sonrakı hücumlarda istifadəsi riski yaranır.

Bununla əlaqədar, MKA “Zimbra Collaboration Suite” istifadə edən təşkilatları öz informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini nəzərdən keçirməyə və aşağıdakı zəruri tədbirləri vaxtında həyata keçirməyə çağırır:

– istifadə etdikləri “Zimbra” versiyasını müəyyənləşdirmək və son təhlükəsizlik yeniləmələrinin tətbiq edildiyini yoxlamaq;

– “CVE-2025-66376” zəifliyinin aradan qaldırıldığı təhlükəsizlik yeniləmələrinin tətbiqini təmin etmək;

– elektron poçt serverlərində şübhəli girişləri və qeyri-adi istifadəçi fəaliyyətini mütəmadi izləmək;

– istifadəçi hesablarında gözlənilməyən parol, sessiya və poçt qutusu konfiqurasiya dəyişikliklərini yoxlamaq;

– şübhəli fəaliyyət aşkar edildikdə müvafiq hesabların giriş imkanlarını məhdudlaşdırmaq, aktiv sessiyaları ləğv etmək və insidenti araşdırmaq;

– elektron poçt sistemlərinin ehtiyat nüsxələnməsini və insident zamanı bərpa imkanlarını təmin etmək;

– əməkdaşların fişinq və sosial mühəndislik üsulları ilə bağlı məlumatlılığını artırmaq.

Bütün bunlarla yanaşı, Milli Kibertəhlükəsizlik Agentliyi təşkilatları elektron poçt sistemlərinin təhlükəsizlik yeniləmələrini vaxtında tətbiq etməyə, sistemlərin təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamağa və şübhəli fəaliyyətləri erkən aşkarlamaq üçün monitorinqi gücləndirməyə çağırır.

Post navigation

Previous: Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik
Next: Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Bölmənin digər xəbərləri

n6amuACF7 v
  • Cəmiyyət

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

Cavidan 28 Avqust, 2026
20938926
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Cavidan 28 Avqust, 2026
ztAYy2c0s5Z v
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Cavidan 28 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 027)
  • Dünya (1. 034)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (201)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır n6amuACF7 v 1
  • Cəmiyyət

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

28 Avqust, 2026
Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq cSbeaGkhvXU090l4 v 2
  • Kateqoriyasızlar

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28 Avqust, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 20938926 3
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust, 2026
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib 6a91 v 4
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

28 Avqust, 2026
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik CGvGnWJjIAEubcz v 5
  • Dünya

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3027) Dünya (1034) Gündəm (3323) Kateqoriyasızlar (201) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.