![](https://addim.az/wp-content/uploads/2022/01/1643176977.1641805875.DSC_3360_1640017008.jpg)
Gələn həftə Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçiriləcək.
Parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Fevralın 1-i çərşənbə axşamına düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.