Skip to content
21 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Ali Məhkəmədə Qırğız Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu
Cavidan 20 Avqust, 2026
Screenshot 2026-08-20 133604

Ali Məhkəmədə Qırğız Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.

Türk dövlətlərinin ali məhkəmələri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüş zamanı qonaqlara Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsallaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmələrin ixtisaslaşması, müasir informasiya texnologiyalarının geniş tətbiqi və qanunvericilik bazasının davamlı təkmilləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

“Elektron məhkəmə” informasiya sisteminin inkişaf etdirilməsinin, eləcə də süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqinin məhkəmə xidmətlərinin daha operativ, keyfiyyətli və əlçatan olmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nurlan Alişeroviç Musayev səfərin əsas məqsədinin Azərbaycanda “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyəti ilə yaxından tanış olmaq və bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək olduğunu bildirib. O, iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın məhkəmə sistemində aparılan islahatları və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
Next: Rusiya başladığı müharibəni uduzur

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-21 181425
  • Cəmiyyət

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Cavidan 21 Avqust, 2026
Screenshot 2026-08-21 142624
  • Cəmiyyət

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

Cavidan 21 Avqust, 2026
Screenshot 2026-08-21 141443
  • Cəmiyyət

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Cavidan 21 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 979)
  • Dünya (1. 023)
  • Gündəm (3. 300)
  • İdman (219)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (197)
  • Kriminal (271)
  • Mədəniyyət (93)
  • Siyasət (398)
  • Texnologiya (15)

Xəbər Trendi

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib Screenshot 2026-08-21 181425 1
  • Cəmiyyət

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

21 Avqust, 2026
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır – BU NƏDİ BELƏ? Screenshot 2026-08-21 174034 2
  • Kateqoriyasızlar

ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır – BU NƏDİ BELƏ?

21 Avqust, 2026
“Sabah” – “Hapoel” matçına 15 min bilet satılıb Screenshot 2026-08-21 162232 3
  • İdman

“Sabah” – “Hapoel” matçına 15 min bilet satılıb

21 Avqust, 2026
İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir Screenshot 2026-08-21 142624 4
  • Cəmiyyət

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

21 Avqust, 2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib Screenshot 2026-08-21 141443 5
  • Cəmiyyət

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

21 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2979) Dünya (1023) Gündəm (3300) Kateqoriyasızlar (197) Kriminal (271) Mədəniyyət (93) Siyasət (398) Texnologiya (15) İdman (219) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.