Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman bu gün etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsini özü üçün böyük şərəf olduğunu bildirib.
Bunu səfir “X” hesabında yazıb.
“Bu gün etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu”.
O qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığı, iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyir.

