Skip to content
18 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
  • Cəmiyyət
  • Gündəm

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və
Cavidan 18 Avqust, 2026
Screenshot 2026-08-18 115143

Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir.

Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir:

“Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir. Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir. Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib”.

Bildirilib ki, buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır:

“Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyir. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırır. Mətbuat Şurası bir daha bəyan edir ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir”.

Şura bəyanatda vurğulayıb ki, Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.

“Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır”, – deyə qeyd edilib.

Azərbaycan Baş prokurorluğu avqustun 17-də Rusiya vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov, eyni zamanda televiziya müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində zəruri tədbirlərin görüldüyü barədə məlumat yayıb.

Adıçəkilən şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər.

Həmin şəxslər barəsində cinayət işi başlansa da, ölkəmizin hüdudlarından kənarda olduqları nəzərə alınaraq, onlar barəsində axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Adıçəkilən şəxslər 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar ediblər.

Post navigation

Previous: Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb
Next: İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-18 153433
  • Dünya

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Cavidan 18 Avqust, 2026
Screenshot 2026-08-18 150019
  • Cəmiyyət

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Cavidan 18 Avqust, 2026
Screenshot 2026-08-18 142432
  • Cəmiyyət

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

Cavidan 18 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 959)
  • Dünya (1. 017)
  • Gündəm (3. 287)
  • İdman (217)
  • İqtisadiyyat (152)
  • Kateqoriyasızlar (193)
  • Kriminal (271)
  • Mədəniyyət (93)
  • Siyasət (397)
  • Texnologiya (15)

Xəbər Trendi

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb Screenshot 2026-08-18 153433 1
  • Dünya

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

18 Avqust, 2026
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb Screenshot 2026-08-18 150019 2
  • Cəmiyyət

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

18 Avqust, 2026
Sabah dörd şəhər və rayonda qaz olmayacaq Screenshot 2026-08-18 142432 3
  • Cəmiyyət

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

18 Avqust, 2026
Bakıda istifadəsiz tikilidə yanğın baş verib Screenshot 2026-08-18 134111 4
  • Kriminal

Bakıda istifadəsiz tikilidə yanğın baş verib

18 Avqust, 2026
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq com46cDwkgUc9gXM b 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

18 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2959) Dünya (1017) Gündəm (3287) Kateqoriyasızlar (193) Kriminal (271) Mədəniyyət (93) Siyasət (397) Texnologiya (15) İdman (217) İqtisadiyyat (152)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.