Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • “KƏPƏZ HOSPİTAL” İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR
  • Kateqoriyasızlar

“KƏPƏZ HOSPİTAL” İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR

Cavidan 13 Avqust, 2026

Bəzi media resurslarında “Kəpəz” Hospitalda plastik əməliyyatdan sonra Almaniya vətəndaşı, Türkiyə əsilli Tülay Turpun vəfat etməsi ilə bağlı məlumatlar yayılıb. Diqqətinizə çatdırırıq ki, pasientə yalnız qarıngərmə (abdominoplastika) əməliyyatı icra olunmuşdur.
“Kəpəz” Hospital olaraq bildiririk ki, hadisə ilə bağlı yayılan məlumatların bir qismi birtərəfli və dəqiqləşdirilməmiş məlumatlara əsaslanır həmçinin
ictimaiyyətdə yanlış təsəvvür yarada bilər.
Əvvəla qeyd edirik ki, pasiyentin vəfat etməsi hospital kollektivi üçün də son dərəcə ağır və təəssüf doğuran hadisədir. İnsan həyatı bizim üçün hər şeydən üstündür və belə hallara münasibətimiz hər zaman məsuliyyətli və peşəkar olub.
Lakin hər hansı tibbi hadisənin səbəbləri barədə tibbi ekspertizanın və aidiyyəti araşdırmaların yekun nəticələri olmadan konkret həkimi və ya tibb müəssisəsini ölüm hadisəsinin səbəbkarı kimi təqdim etmək yolverilməzdir.
Xüsusilə vurğulamaq istəyirik ki, bütün cərrahi əməliyyatlar özündə müəyyən tibbi riskləri ehtiva edir. Əməliyyatın həyata keçirilməsi zamanı müasir tibbi protokollara və təhlükəsizlik qaydalarına riayət olunması ilə yanaşı, pasiyentin fərdi fizioloji xüsusiyyətləri, yanaşı risk faktorları və orqanizmin əməliyyatdan sonrakı reaksiyaları da nəzərə alınmalıdır.
Hospital rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, baş vermiş hadisənin səbəbləri yalnız obyektiv tibbi araşdırma və ekspertiza əsasında müəyyənləşdirilə bilər.
“Kəpəz” Hospital olaraq həm pasiyentin ailəsinə dərin hüznlə başsağlığı verir, həm də baş vermiş hadisənin bütün aspektlərinin aidiyyəti qurumlar tərəfindən obyektiv şəkildə araşdırılmasında maraqlı olduğumuzu bildiririk.
Hospital rəhbərliyi araşdırmanın nəticələrinin açıqlanmasını dəstəkləyir və bildirir ki, hər hansı tibbi əməkdaşın məsuliyyəti yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmış araşdırma və ekspertiza nəticəsində müəyyən edilə bilər.
Eyni zamanda media nümayəndələrindən xahiş edirik ki, təsdiqlənməmiş məlumatları fakt kimi təqdim etməsinlər, tibb müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək əsassız iddiaların yayılmasına yol verməsinlər.
“Kəpəz” Hospital bundan sonra da pasiyentlərin sağlamlığının və təhlükəsizliyinin qorunmasını əsas prioritet kimi qəbul edir və fəaliyyətində tibbi etika, peşəkarlıq və qanunvericiliyin tələblərinə riayət edir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Naxçıvanda əhalinin sayı artıb
Sonrakı: Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Bölmənin digər xəbərləri

vvv
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

Cavidan 13 Oktyabr, 2026
  • Kateqoriyasızlar

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cavidan 12 Oktyabr, 2026
BIjYOFUZ_1200
  • Kateqoriyasızlar

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Cavidan 12 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 266)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 1
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 2
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 3
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 4
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq AZkdKUX7yURgCSsI V 5
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3266) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 1
  • 112
  • 105
  • 4. 579

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.