![](https://addim.az/wp-content/uploads/2022/01/1643094661.1643093715_untitled-1.jpg)
Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşı, Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev vəzifəsindən azad edilib.
Addim.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Rasim Mustafayev Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə işdən çıxarılaraq, sərəncama götürülüb.