Skip to content
29 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • Cəmiyyət

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış
Cavidan 29 İyul, 2026
Screenshot 2026-07-29 145352

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
Next: Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-29 164730
  • Cəmiyyət

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Cavidan 29 İyul, 2026
Screenshot 2026-07-29 151928
  • Cəmiyyət

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Cavidan 29 İyul, 2026
Screenshot 2026-07-29 130325
  • Cəmiyyət

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Cavidan 29 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 814)
  • Dünya (3. 470)
  • Gündəm (11. 979)
  • İdman (679)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (528)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib Screenshot 2026-07-29 164730 1
  • Cəmiyyət

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul, 2026
Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi – ŞƏRH Screenshot 2026-07-29 154607 2
  • Siyasət

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi – ŞƏRH

29 İyul, 2026
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub Screenshot 2026-07-29 151928 3
  • Cəmiyyət

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

29 İyul, 2026
Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib Screenshot 2026-07-29 145352 4
  • Cəmiyyət

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

29 İyul, 2026
Sabah Azərbaycanda 39 dərəcə isti olacaq Screenshot 2026-07-29 130325 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

29 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9814) Dünya (3470) Gündəm (11979) Kateqoriyasızlar (528) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (679) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.