Skip to content
24 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • Cəmiyyət

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş
Cavidan 22 İyul, 2026
photo_148351 v

Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü ilə bağlı “X” hesabındakı paylaşımında qeyd edib.

H. Hacıyevin sözlərinə görə, bu gün cəmiyyət Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir:

“1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi”.

Prezidentin köməkçisi əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəyə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb:

“Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: “Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm… Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir”.

O qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:

“Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
Sonrakı: Azərbaycan və Gürcüstan arasında “E-Permit” sisteminin tətbiqinə başlanılıb

Bölmənin digər xəbərləri

6adb637c0b6156adb637 b
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Cavidan 23 Oktyabr, 2026
CcZ3VLj6BqWahnSV
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Cavidan 23 Oktyabr, 2026
ZN8SEt6sxrb1bqZK3b
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese Bee Birbank Business ChatGPT Cybersecurity Elektromobil Epic Games Store fotoaparat Fraud Detection Fujifilm geympad Google Chrome Instax Square 2 Microsoft Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science SheMatters Pakistan spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 337)
  • Dünya (1. 092)
  • Gündəm (3. 476)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (27)

Xəbər Trendi

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir 6adbe49f4ff296adbe49f4ff2a1792 v 1
  • Dünya

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

24 Oktyabr, 2026
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb 6adb637c0b6156adb637 b 2
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

23 Oktyabr, 2026
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir CcZ3VLj6BqWahnSV 3
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

23 Oktyabr, 2026
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq ZN8SEt6sxrb1bqZK3b 4
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

23 Oktyabr, 2026
Salyanda avtoqəza olub, ölən və yaralananlar var ceb8ec9a-366c-316b-ve_1200 5
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

23 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3337) Dünya (1092) Gündəm (3476) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (27) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 135
  • 116
  • 6. 418

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.