Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür
  • Cəmiyyət

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür.Onların hər ikisi hərbçi peşəsini özlərinə
Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 095154

Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür.

Onların hər ikisi hərbçi peşəsini özlərinə həyat yolu seçmişdi. Bu mənada onların bioqrafiyalarında da yaxınlıq, oxşarlıq var idi.

Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi olub.

İlqar Mirzəyev 1973-cü il Gürcüstanın Qardabani şəhərində anadan olub. Doğulduğu şəhərdə orta təhsil alandan sonra 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini, 2005-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.

2020-ci il iyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutdu. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin beş hərbi qulluqçu şəhid oldu. Ermənistanın hərbi birləşmələrinin hücumları nəticəsində rayonun Ağdam kənd sakini də həlak oldu.

Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub.

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Onların şəhidliyi xalqımızın vətənpərvərlik duyğularının oyanmasında yeni bir dalğaya səbəb oldu. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər.

Tovuz döyüşləri, həmin döyüşlərdə bu iki yüksəkrütbəli hərbçinin şəhidlik zirvəsinə yüksəlməsi uzun illərdən bəri erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızın azadlığı yolunda çox mühüm və həlledici amillərdən birinə çevrildi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı.

Post navigation

Previous: Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb
Next: Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

Bölmənin digər xəbərləri

mvJ2yXp0vI5lPRfK v
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

Cavidan 31 Avqust, 2026
vcrMyLIl9JHkUe v
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Cavidan 31 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 035)
  • Dünya (1. 038)
  • Gündəm (3. 328)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (402)
  • Texnologiya (15)

Xəbər Trendi

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe v 1
  • Siyasət

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

31 Avqust, 2026
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ mvJ2yXp0vI5lPRfK v 2
  • Cəmiyyət

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq – AYLIQ PROQNOZ

31 Avqust, 2026
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib vcrMyLIl9JHkUe v 3
  • Cəmiyyət

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

31 Avqust, 2026
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var 4b0c3d2c-117 v 4
  • Kriminal

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

31 Avqust, 2026
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq 0489a6ba-39 v 5
  • İdman

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3035) Dünya (1038) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (402) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.