Skip to content
8 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib
  • Cəmiyyət

Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və
Cavidan 4 İyun, 2026
Screenshot 2026-06-04 102401

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları”nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, qaydaların tələbləri yeni bina və qurğuların layihələndirilməsi, yenidən qurulması, mövcud olanların isə əsaslı təmiri və uyğunlaşdırılması, eləcə də ümumi istifadəli ərazilərin planlaşdırılması zamanı yerinə yetirilməlidir. Qaydalar ümumi istifadədə olan ərazilərin, bina və qurğuların funksional-planlaşdırma elementlərinə, onlar üçün ayrılmış torpaq sahələrinə, o cümlədən bina və qurğulara yaxınlaşma yollarına, girişlərə, daxili kommunikasiyalara, təxliyə yollarına, yaşayış və xidmətlərin göstərilməsi üçün otaqlara və iş yerlərinə şamil edilir. Qaydalar, həmçinin binaların, qurğuların, ümumi istifadədə olan ərazilərin və torpaq sahələrinin informasiya və mühəndis təchizatına da şamil edilir.

Bundan başqa, yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisində universal dizayn (layihələndirmə) əsasında əlilliyi olan şəxslərin bu obyektlərə maneəsiz müyəssər olması təmin edilməlidir.

Layihə həlləri bina və qurğularda, onların torpaq sahələrində, eləcə də ictimai istifadədə olan ərazilərdə əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunanları təmin etməlidir:

– xidmət məntəqələrinə qədər məsafələr və hərəkət yollarının parametrləri nəzərə alınmaqla əlçatanlığı;

– hərəkət yollarının, o cümlədən təxliyə yollarının, məqsədli ziyarət və xidmət göstərmə yerlərinin, iş yerlərinin təhlükəsizliyi;

– təhlükəli yanğın amillərinin təsirinin qarşısını almaq üçün binadan, qurğudan və ya yanğından mühafizə zonasına vaxtında və maneəsiz təxliyə üçün şəraiti;

– xidmətlərin göstərilməsi və nəzərdə tutulmuş yerlərə getmək məqsədi ilə hərəkət üçün zəruri olan dolğun və keyfiyyətli məlumatın vaxtında alınmasına şəraiti.

Həmçinin bina və qurğularda əlilliyi olan şəxslər və hərəkət imkanları məhdud digər əhali qruplarının sərbəst və ya müşayiətçinin köməyi ilə təhlükəsiz hərəkəti, eləcə də fövqəladə hallarda təxliyə olunmaları üçün binanın bütün sahələrindən tam həcmdə istifadə etmək imkanları təmin edilməlidir.

Obyektlərin əlilliyi olan şəxslər üçün əlçatan olan layihə həlləri binada (qurğuda) olan digər əhali qruplarının imkanlarına xələl gətirməməli və həyat fəaliyyətlərini məhdudlaşdırmamalıdır.

Dövlət Komitəsinin Ümumi işlər və Hüquq şöbələrinə tapşırılıb ki, qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

Post navigation

Previous: Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Next: Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Bölmənin digər xəbərləri

6aa002d55155f6aa002d5515601788871381523e63492f7e0ac51e8e87f961b820cc
  • Cəmiyyət

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

Cavidan 8 Sentyabr, 2026
6a9ffe222827 v
  • Cəmiyyət

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Cavidan 8 Sentyabr, 2026
Снимок экрана 2026-09-08 161221
  • Cəmiyyət

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Cavidan 8 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 098)
  • Dünya (1. 052)
  • Gündəm (3. 356)
  • İdman (233)
  • İqtisadiyyat (160)
  • Kateqoriyasızlar (207)
  • Kriminal (281)
  • Mədəniyyət (95)
  • Siyasət (410)
  • Texnologiya (15)

Xəbər Trendi

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib 6aa002d55155f6aa002d5515601788871381523e63492f7e0ac51e8e87f961b820cc 1
  • Cəmiyyət

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

8 Sentyabr, 2026
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb 6a9ffe222827 v 2
  • Cəmiyyət

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

8 Sentyabr, 2026
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub Снимок экрана 2026-09-08 161221 3
  • Cəmiyyət

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

8 Sentyabr, 2026
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub Снимок экрана 2026-09-08 152755 4
  • Cəmiyyət

Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub

8 Sentyabr, 2026
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib Снимок экрана 20 v 5
  • Cəmiyyət

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

8 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3098) Dünya (1052) Gündəm (3356) Kateqoriyasızlar (207) Kriminal (281) Mədəniyyət (95) Siyasət (410) Texnologiya (15) İdman (233) İqtisadiyyat (160)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.