Skip to content
26 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 503)
  • Dünya (3. 381)
  • Gündəm (11. 801)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 995)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Vətəndaş müraciətləri ilə bağlı prosedurların elektron mexanizmləri genişləndirilir. Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Vətəndaşların
Cavidan 26 May, 2026

Vətəndaş müraciətləri ilə bağlı prosedurların elektron mexanizmləri genişləndirilir.

Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişikliklərə görə, elektron müraciət anlayışı genişləndirilir. Artıq müraciətlər təkcə rəsmi internet səhifələri və elektron ünvanlar vasitəsilə deyil, həm də Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə biləcək.

Layihədə müraciətin tərkibinə dair yeni tələblər də müəyyənləşdirilir. Belə ki, vətəndaş müraciətin hansı üsulla cavablandırılacağını (elektron, poçt və ya EHİS vasitəsilə) özü seçəcək. EHİS üzərindən təqdim olunan müraciətlərdə cavabın həmin sistem üzərindən verilməsi istənildiyi halda fiziki şəxsin FİN-i, hüquqi şəxslər üçün isə VÖEN-in göstərilməsi tələb olunacaq. Bundan əlavə, elektron cavab istənildikdə müraciətdə cavabın göndəriləcəyi elektron ünvanın qeyd edilməsi vacib olacaq.

Sənədə əsasən, elektron formada göndərilən müraciətlər təkmil sertifikatlaşdırılmış elektron imza ilə təsdiqlənməlidir.

Qanun layihəsində müraciətlərin qəbul və baxılma mexanizmi də dəqiqləşdirilir. Elektron müraciətlərə cavab vətəndaşın seçiminə uyğun olaraq təqdim ediləcək. Zəruri məlumatlar göstərilmədikdə isə cavab poçt vasitəsilə göndəriləcək.

Bununla yanaşı, müraciətlərin təqdim edilməsi üsulları da genişləndirilir. Elektron müraciətlər rəsmi internet resursları, aidiyyəti qurumların elektron ünvanları və ya EHİS üzərindən göndərilə biləcək.

Dəyişikliklər müraciətlərin forması ilə bağlı tələblərə də aydınlıq gətirir. Kağız üzərində təqdim olunan müraciətlər mütləq imzalanmalı və tarix qoyulmalıdır. Nümayəndə vasitəsilə təqdim olunan müraciətlərə isə səlahiyyəti təsdiq edən sənəd əlavə edilməlidir.

Layihəyə əsasən, qanunda nəzərdə tutulan tələblərə cavab verməyən müraciətlər baxılmamış saxlanılacaq.

Həmçinin vətəndaşların qəbulu qaydalarında yenilik nəzərdə tutulur. Vətəndaşlar artıq yalnız fiziki qaydada deyil, həm də rəsmi internet informasiya ehtiyatı və ya EHİS üzərindən elektron imza ilə qeydiyyatdan keçərək qəbul üçün müraciət edə biləcəklər.

Qanun layihəsində müraciətin məzmunu ilə bağlı tələblər də saxlanılır: müraciət oxunaqlı olmalı, irəli sürülən təklif və ya tələb aydın ifadə edilməli, təhqir və böhtana yol verilməməlidir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Continue Reading

Previous: Sahibə Qafarova: “Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur”
Next: ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir – FOTO

Bölmənin digər xəbərləri

Prezident bir sıra məhkəmələrə sədr təyin edib
  • Cəmiyyət

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

26 May, 2026
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
  • Cəmiyyət

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

26 May, 2026
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir – FOTO
  • Dünya

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir – FOTO

26 May, 2026

Top 7 Xəbər

Prezident bir sıra məhkəmələrə sədr təyin edib 1

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

26 May, 2026
Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik 2

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

26 May, 2026
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir – FOTO 3

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir – FOTO

26 May, 2026
Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik 4

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

26 May, 2026
Sahibə Qafarova: “Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur” 5

Sahibə Qafarova: “Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur”

26 May, 2026
İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək 6

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

26 May, 2026
Türkiyədə bələdiyyə sədri saxlanılıb 7

Türkiyədə bələdiyyə sədri saxlanılıb

26 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 503)
  • Dünya (3. 381)
  • Gündəm (11. 801)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 995)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9503) Dünya (3381) Gündəm (11801) Kateqoriyasızlar (497) Kriminal (1392) Mədəniyyət (351) Siyasət (2995) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident bir sıra məhkəmələrə sədr təyin edib 26 May, 2026
  • Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik 26 May, 2026
  • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir – FOTO 26 May, 2026
  • Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik 26 May, 2026
  • Sahibə Qafarova: “Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur” 26 May, 2026
© Addim.az | MoreNews by AF themes.