Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
  • Cəmiyyət

Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub

Cavidan 23 May, 2026
Screenshot_20260523_145723_com_android_chrome_ChromeTabbedActivity

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti universitetin Elm, Mühəndislik və Tibb fakültələrinin, eləcə də Qlobal Dayanıqlı İnkişaf İnstitutunun nümayəndələri ilə görüşüb.

Görüşlərdə yaşıl enerji keçidi kimi qlobal çağırışlara cavab verən təhsil və tədqiqat istiqamətləri təqdim edilib.

Nümayəndə heyəti universitetin Beynəlxalq İstehsalat Mərkəzi və tədqiqat laboratoriyaları ilə də tanış olub.

Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universitetinin birgə həyata keçirdiyi “Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramı barədə də məlumat verilib.

Qeyd olunub ki, proqram strateji sahələr üzrə bacarıqların inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində ortaq hədəfləri əks etdirir.

Səfər zamanı Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.

Post navigation

Previous: Bazar günü 28 dərəcə isti olacaq
Next: Asim Munir Tehranda Pezeşkianla görüşdü

Bölmənin digər xəbərləri

1787903771403v vvv
  • Cəmiyyət

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB

Cavidan 28 Avqust, 2026
1736325742 v
  • Cəmiyyət

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Cavidan 28 Avqust, 2026
270a4ce6-fd6f-4d1 v
  • Cəmiyyət

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Cavidan 28 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 023)
  • Dünya (1. 032)
  • Gündəm (3. 322)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB 1787903771403v vvv 1
  • Cəmiyyət

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB

28 Avqust, 2026
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib 1736325742 v 2
  • Cəmiyyət

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

28 Avqust, 2026
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib 270a4ce6-fd6f-4d1 v 3
  • Cəmiyyət

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

28 Avqust, 2026
Tokayev Qazaxıstan hökumətini istefaya göndərib ctD4OA3CHmX v 4
  • Cəmiyyət

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

28 Avqust, 2026
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb 4PvwL1CrFIZOav 5
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3023) Dünya (1032) Gündəm (3322) Kateqoriyasızlar (200) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.