Skip to content
21 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 476)
  • Dünya (3. 377)
  • Gündəm (11. 785)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat
Cavidan 21 May, 2026

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, 27-28 mayda qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışına artan tələbat nəzərə alınaraq, AQTA Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyasını genişləndirib.

Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Satış və kəsim məntəqələrində yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar vətəndaşlara təqdim ediləcək, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək.

Eyni zamanda vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda AQTA ilə razılaşdırılmaqla yerli icra hakimiyyəti orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılacaq. Həmin məntəqələrdə qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq nəzarəti altında təşkil ediləcək.

AQTA vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri qurban kəsimini dini ayinlərlə yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Continue Reading

Previous: Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
Next: Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk

Bölmənin digər xəbərləri

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
  • Cəmiyyət

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

21 May, 2026
Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk
  • Cəmiyyət

Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk

21 May, 2026
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
  • Cəmiyyət

Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü

21 May, 2026

Top 7 Xəbər

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb 1

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

21 May, 2026
Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk 2

Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk

21 May, 2026
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib 3

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

21 May, 2026
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü 4

Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü

21 May, 2026
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib 5

Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

21 May, 2026
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib 6

Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib

21 May, 2026
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir 7

Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir

21 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 476)
  • Dünya (3. 377)
  • Gündəm (11. 785)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9476) Dünya (3377) Gündəm (11785) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (350) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb 21 May, 2026
  • Suriya G7 sammitinə dəvət olundu: “Böyük Yeddilik” tarixində bir ilk 21 May, 2026
  • Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib 21 May, 2026
  • Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü 21 May, 2026
  • Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib 21 May, 2026
© Addim.az | MoreNews by AF themes.