ABŞ Prezidenti Donald Tramp Pekindəki Xalq Yığıncaqları Zalında Çin Sədri Si Cinpinlə danışıqlar zamanı Vaşinqtonun Çinlə ticarəti qarşılıqlı prinsip əsasında aparmaq niyyətində olduğunu bildirib.
O, bu barədə görüşün əvvəlində deyib.
Tramp qeyd edib ki, Çinə səfər edən nümayəndə heyətinin tərkibinə Amerikanın iri şirkətlərinin rəhbərləri də daxildir.
“Dünyanın ən yaxşı 30 şirkətinə müraciət etdik. Onlar sizə və Çinə hörmət göstərmək üçün buradadırlar, ticarət etməyə və bizneslə məşğul olmağa can atırlar”, – o deyib.
ABŞ lideri həmçinin əlavə edib ki, danışıqlardan əhəmiyyətli nəticələr gözləyir.
