Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
  • Dünya

Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər

ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinə qarşı sərt açıqlamaları bir sıra Amerika və ərəb rəsmiləri arasında narahatlıq doğurur
Cavidan 7 May, 2026
Screenshot 2026-05-07 084416

ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinə qarşı sərt açıqlamaları bir sıra Amerika və ərəb rəsmiləri arasında narahatlıq doğurur və onlar bu cür ritorikanın Tehranla münaqişənin həlli üçün danışıqları çətinləşdirə biləcəyinə inanırlar.

Bu barədə “Politico” yazıb.

Nəşrin mənbələri hesab edir ki, hərtərəfli razılığa gəlmək üçün Tehrana siyasi imicini qorumaq imkanı verilməlidir. Belə ki, İran Vaşinqtonun tələbləri ilə razılaşsa belə, bu, onun hərbi mövqeyini zəiflədə bilər, İran rəhbərliyi danışıqların nəticəsini özü üçün məqbul kimi təqdim edə bilməlidir.

Danışıqlarla tanış olan yüksək vəzifəli rəsmi şəxs bildirib ki, Tramp münaqişəyə son qoymağa sadiqdir, lakin iranlılar hələlik ona vəziyyətdən siyasi üstünlüklə çıxmağa imkan verəcək şərtlər təqdim etməyə hazır deyillər. Eyni zamanda, rəsmi Vaşinqtonun Tehranın imicini qorumaq ehtiyacını da nəzərə almalı olduğunu vurğulayıb.

“Politico”nun məlumatına görə, danışıqlar hazırda gələcək əlaqələr məqsədilə yol xəritəsinin hazırlanmasına yönəlib. ABŞ dövlət katibi Marko Rubio əvvəllər müzakirələrin gələcək danışıqlar üçün təməl qoymağı hədəflədiyini bildirmişdi.

Bu arada, “Axios” tərəflərin müharibənin sonunu rəsmiləşdirə və tərəflərə daha uzunmüddətli razılaşma hazırlamaq üçün 30 gün vaxt verə biləcək bir memorandum üzərində işlədiyini bildirib.

ABŞ-nin Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Maykl Ratni hesab edir ki, hazırkı şəraitdə Trampın ictimai şərhlərdən çəkinməsi və diplomatlara əlavə siyasi təzyiq olmadan dialoq aparmağa icazə verməsi ağıllı hərəkət olardı. Nəşrin məlumatına görə, son həftələrdə ABŞ prezidenti dəfələrlə İran hakimiyyətinə qarşı sərt bəyanatlar verərək Vaşinqtonun artıq müharibədə qalib gəldiyini iddia edib.

Bu bəyanatlar fonunda Amerika rəsmiləri qlobal neft, gübrə və digər strateji əhəmiyyətli mal bazarlarına təsir edən münaqişəyə diplomatik yolla son qoymağa çalışmağa davam edirlər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Sonrakı: UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Bölmənin digər xəbərləri

B23C bknA6_1200
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Cavidan 14 Oktyabr, 2026
2H9SvDe4VDeI v
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Cavidan 13 Oktyabr, 2026
1664530310
  • Dünya

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Cavidan 8 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 280)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Sabah Bakıda hava çiskinli olacaq UKtTjWirvou6KzOv 1
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

15 Oktyabr, 2026
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik bi9o6_1200 2
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

15 Oktyabr, 2026
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B 3
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

15 Oktyabr, 2026
“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 4
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 5
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3280) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 106
  • 103
  • 4. 761

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.