Skip to content
10 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib
  • Cəmiyyət
  • Gündəm

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

Milli Məclis Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə
Cavidan 1 May, 2026
Screenshot 2026-05-01 140840

Milli Məclis Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib.

Sazişin təsdiqi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş” 2025-ci il 26 iyun tarixində imzalanıb.

Sənəd 25 maddədən ibarətdir.

Bu Saziş tərəf dövlətlərin məhkəmə aktlarının, səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının icrası zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının, dövlət və digər orqanların və təşkilatların qanuni mənafelərinin müdafiəsini təmin etmək, tərəflərin qanunvericiliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin həmin aktların məcburi icrası üzrə funksiyalarının həyata keçirilməsi həvalə edilmiş orqanlarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək məqsədilə imzalanıb.

Vurğulanıb ki, saziş icra sənədlərinin (məhkəmə, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən verilmiş, həmçinin notarial qaydada təsdiq edilmiş, tərəfin qanunvericiliyinə uyğun olaraq məcburi icra orqanı tərəfindən icra edilməli olan sənəd) məcburi icra prosedurlarını həyata keçirərkən tərəflərin məcburi icra orqanlarının (tərəfin qanunvericiliyi ilə məhkəmə aktlarının, səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrasını həyata keçirmək funksiyası həvalə olunmuş orqan və ya şəxs) məlumat mübadiləsi üzrə əməkdaşlığının əsas istiqamətlərini müəyyən edir. Burada məqsəd icra sənədlərinin məcburi icrasının təmin olunması, habelə onların icrası zamanı hüquqi yardım mexanizmlərindən istifadənin səmərəliliyinin artırılmasıdır.

Qeyd edilib ki, tərəflər əməkdaşlıq çərçivəsində sorğu əsasında fiziki və hüquqi şəxslərdən, dövlət orqanlarından və vəzifəli şəxslərdən məlumatların, arayışların, sənədlərin və ya onların müvafiq qaydada təsdiq edilmiş surətlərinin alınmasının təmin edirlər.

Tərəflərin məcburi icra orqanları bu Saziş əsasında təqdim edilən məlumatları yalnız sorğuda nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün lazım olan həddə sorğu edir, emal və istifadə edirlər. Əgər sorğu edilən tərəfin qanunvericiliyində bu cür məlumatların üçüncü şəxslərə açıqlanması üçün xüsusi qayda nəzərdə tutulursa, bununla bağlı prosedur iddiaçıya izah olunur.

Sorğunun icra müddəti onun qəbul edildiyi gündən 30 iş günü müəyyən edilsə də, sorğu edən tərəf bu müddətin azaldılmasını xahiş edə bilər.

Sənədə əsasən, məlumat mübadiləsi zamanı qarşılıqlı olaraq informasiya təhlükəsizliyi tələblərinə riayət olunur, sorğunun konfidensiallığı təmin olunur.

Qeyd olunub ki, bu Sazişə tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz hissəsi olan və bu Sazişin qüvvəyə minməsi üçün müəyyən edilmiş qaydada qüvvəyə minən müvafiq protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.

Tərəflər arasında yarana bilən mübahisəli məsələlər qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Post navigation

Previous: Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Next: Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-10 124503
  • Cəmiyyət

Sabah yağış yağacaq, güclü külək əsəcək

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-10 121949
  • Cəmiyyət

Sabah Astarada qaz olmayacaq

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-10 114109
  • Cəmiyyət

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

Cavidan 10 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 909)
  • Dünya (1. 003)
  • Gündəm (3. 256)
  • İdman (214)
  • İqtisadiyyat (149)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (264)
  • Mədəniyyət (92)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah yağış yağacaq, güclü külək əsəcək Screenshot 2026-08-10 124503 1
  • Cəmiyyət

Sabah yağış yağacaq, güclü külək əsəcək

10 Avqust, 2026
Sabah Astarada qaz olmayacaq Screenshot 2026-08-10 121949 2
  • Cəmiyyət

Sabah Astarada qaz olmayacaq

10 Avqust, 2026
Litvanın Baş naziri İlham Əliyevə zəng edib Screenshot 2026-08-10 114109 3
  • Cəmiyyət

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

10 Avqust, 2026
Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb Screenshot 2026-08-10 110047 4
  • İdman

Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb

10 Avqust, 2026
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var Screenshot 2026-08-10 094001 5
  • Kriminal

Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

10 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2909) Dünya (1003) Gündəm (3256) Kateqoriyasızlar (185) Kriminal (264) Mədəniyyət (92) Siyasət (395) Texnologiya (15) İdman (214) İqtisadiyyat (149)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.