ABŞ Hind okeanında sanksiyalar altında olan və İrandan neft daşıyan “M/T Majestic X” gəmisinin (bayraqsız üzürdü) ələ keçirilməsi və yoxlanılması üzrə dəniz əməliyyatı həyata keçirib.
Bu barədə Pentaqon “X” sosial şəbəkəsində bildirib.
“Biz qeyri-qanuni şəbəkələri dağıtmaq və harada olmalarından asılı olmayaraq İrana maddi dəstək göstərən gəmiləri ələ keçirmək üçün qlobal dəniz əməliyyatlarını davam etdirəcəyik”, – paylaşımda qeyd olunub.
Həmçinin vurğulanıb ki, beynəlxalq sular sanksiyalar altında olan subyektlər üçün sığınacaq kimi istifadə oluna bilməz, ABŞ qüvvələri bundan sonra da onların dəniz məkanında fəaliyyət azadlığını məhdudlaşdırmaq niyyətindədir.
