Skip to content
9 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb
  • Cəmiyyət

I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

Bu ilin I rübündə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi
Cavidan 23 Aprel, 2026
Ekran şəkli 2026-04-23 122550

Bu ilin I rübündə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 89 cinayət işi başlanılıb.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Belə ki, hesabat dövründə 23 nəfər barəsində 19 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına xitam verilmiş 12 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunmuş 51 material və ibtidai istintaqı tamamlanmış 5 cinayət işi üzrə 2.180,1 min manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 4.185,4 min manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin olunub.

Müxtəlif sahələr üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 14 vergi ödəyicisinə məxsus 19 obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib və 9 vergi ödəyicisinə məxsus 10 obyektdə ümumilikdə 30 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub. Həmin şəxslərin əmək hüquqları bərpa olunub və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 60,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Post navigation

Previous: Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Next: İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır

Bölmənin digər xəbərləri

SVSGif7veba8B05 v
  • Cəmiyyət

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Cavidan 9 Sentyabr, 2026
6546da0f-d648bv
  • Cəmiyyət

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Cavidan 9 Sentyabr, 2026
Screenshot 2026-09-09 165615
  • Cəmiyyət

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

Cavidan 9 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 105)
  • Dünya (1. 054)
  • Gündəm (3. 361)
  • İdman (234)
  • İqtisadiyyat (160)
  • Kateqoriyasızlar (207)
  • Kriminal (282)
  • Mədəniyyət (95)
  • Siyasət (410)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq SVSGif7veba8B05 v 1
  • Cəmiyyət

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

9 Sentyabr, 2026
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır 6546da0f-d648bv 2
  • Cəmiyyət

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

9 Sentyabr, 2026
FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib Screenshot 2026-09-09 165615 3
  • Cəmiyyət

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

9 Sentyabr, 2026
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib 6aa14d607c1e76aa14d b 4
  • Dünya

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

9 Sentyabr, 2026
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb vcrMyLIl9JHkUe V 5
  • Cəmiyyət

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

9 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3105) Dünya (1054) Gündəm (3361) Kateqoriyasızlar (207) Kriminal (282) Mədəniyyət (95) Siyasət (410) Texnologiya (15) İdman (234) İqtisadiyyat (160)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.