Skip to content
27 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb
  • Cəmiyyət
  • Gündəm

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi
Cavidan 9 Aprel, 2026
69d78cf91a89b69d B

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

DİN-dən verilən xəbərə görə, aprelin 9-da nazir Mustafa Çiftçi və onu müşayiət edən şəxslər Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin xatirəsini anıblar. Sonra Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk Şəhidliyini ziyarət edilib.

General-polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.

Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, cənab Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

V.Eyvazov Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Post navigation

Previous: MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir
Next: Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Bölmənin digər xəbərləri

7XG5IZLS556Xg v
  • Dünya

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Cavidan 26 Avqust, 2026
VEfF8cXPypEzG v
  • Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Cavidan 26 Avqust, 2026
FqWCIPWaOdT2NRSa2gX3 v
  • Cəmiyyət

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Cavidan 26 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 009)
  • Dünya (1. 030)
  • Gündəm (3. 317)
  • İdman (223)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir 7XG5IZLS556Xg v 1
  • Dünya

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

26 Avqust, 2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VEfF8cXPypEzG v 2
  • Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

26 Avqust, 2026
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb FqWCIPWaOdT2NRSa2gX3 v 3
  • Cəmiyyət

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

26 Avqust, 2026
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib 18 4
  • Cəmiyyət

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust, 2026
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək 5
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

26 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3009) Dünya (1030) Gündəm (3317) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (223) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.