Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Avtovağzallarda sərnişin axınının bərpası üçün təkliflər hazırlanır
  • Cəmiyyət

Avtovağzallarda sərnişin axınının bərpası üçün təkliflər hazırlanır

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edəcəklər. Bu
Cavidan 15 Yanvar, 2022
6a9db1117e0dbd74a84e459e694be11f

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edəcəklər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində ölkədə fəaliyyət göstərən avtovağzal və avtostansiyaların rəhbərləri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin axını nəzərəçarpacaq dərəcədə azalıb və bununla da avtovağzalların rentabelliyində azalma baş verib.

Hazırda əsas problem avtovağzallardan kənar, heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində avtovağzallarda qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur. Sahibkarlar işlətdikləri nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkirlər. Eyni zamanda sərnişinlərin həyatı, sağlamlığı və yollarda təhlükəsizliklə bağlı ciddi problemlər yaranır.

Görüşdə, həmçinin sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da diqqətə çatdırılıb.

Bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasına görə tariflərin qeyri-rentabelli olduğu vurğulanıb.

Tədbirdə sərnişin daşınması sahəsində təhlükəsizliyin təmin edilməsi üçün reysqabağı texniki yoxlamanın və sürücülərin tibbi müayinəsi sisteminin təkmilləşdirilməsi məsələsi də müzakirə edilib.

Görüş zamanı avtovağzal rəhbərləri bir sıra təkliflərlə çıxış ediblər. Onlar ara dayanacaqlarının sayının azaldılmasına, avtovağzallar arasında məlumat mübadilə sisteminin qurulmasına, reys cədvəllərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

Görüşdə kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə avtovağzal rəhbərləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə vahid əlaqə kanalının yaradılması və məsul şəxsin təyin edilməsi qərara alınıb.

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq təqdim edəcəklər.

Növbəti mərhələdə bu istiqamətdə tədbirlər planının hazırlanması və onun icrası nəzərdə tutulub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Türkiyə 3 şəhid verdiyi bölgədə 44 terrorçunu məhv etdi
Next: Əlikram Tağıyev vəfat etdi

Bölmənin digər xəbərləri

1782307156_thumb v
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

Cavidan 25 İyun, 2026
6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 642)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 1
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb s1LvCOTdpb v 2
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

25 İyun, 2026
Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib 6a3cb1706cada6a v 3
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun, 2026
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 4
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 5
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9642) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.