Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 067)
  • Dünya (3. 261)
  • Gündəm (11. 392)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. Onun çıxışında bir sıra məqamlar xüsusilə diqqət
Cavidan 12 Mart, 2026

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. Onun çıxışında bir sıra məqamlar xüsusilə diqqət çəkir.

Nikol Paşinyan, ilk növbədə, bildirib ki, Avropa İttifaqı ilə Gürcüstanın dialoqunun dondurulması Ermənistanın quruma inteqrasiyasında əsas problemdir. O, Avropa səfərindən öncə Gürcüstana işgüzar səfər etmişdi. Tbilisidə Baş nazir İrakli Kobaxidze ilə görüşmüşdü. Hökumət başçılarının görüşündə bu məsələlərə toxunulduğunu da ehtimal etmək olar. Yaxud tərəflərin bu məsələləri razılaşdırdıqları da mümkündür. Hətta belə güman etmək olar ki, Nikol Paşinyan Aİ ilə Gürcüstan arasında münasibətlərin normallaşması istiqamətində örtülü vasitəçilik belə edib.

Odur ki, Ermənistan hökumətinin başçısı çıxışında bildirib: “Gürcüstan bizim üçün Avropa İttifaqına (Aİ) gedən yoldur. Bu, Ermənistanın Aİ-yə üzvlük perspektivini hiss olunacaq hala gətirdi. Biz Aİ ilə Gürcüstan arasında konstruktiv prosesin davam etdirilməsini gözləyir və xahiş edirik. Bu, Gürcüstan qədər Ermənistan üçün də vacibdir”.

2024-cü il noyabrın sonunda parlament seçkilərindən sonra Gürcüstan Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu, Avropanın maliyyə yardımından imtina etdiyini bildirmişdi. Bu qərar İttifaqın kəskin tənqidinə səbəb olmuşdu. Bu, inteqrasiyanın dayandırılması və vizasız rejimin qismən məhdudlaşdırılması ilə nəticələnmişdi. Aİ-yə üzv ölkələr hakim “Gürcü Arzusu” Partiyasının üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Danışıqların dayandırılmasına baxmayaraq, Gürcüstanın Aİ-yə namizəd statusu hələ geri alınmayıb.

Odur ki, Nikol Paşinyanın Aİ-də Gürcüstana lobbiçilik etdiyi görünən qədərdir.

Bundan başqa, Cənubi Qafqazda Ermənistan İttifaqla bu səviyyədə tək əlaqə saxlayan ölkə olaraq qalmaq istəmir. O, bu istiqamətdə Rusiyadan təzyiqə məruz qalacağından da ehtiyatlanır.

Nikol Paşinyan çıxışında Yaxın Şərqdəki vəziyyətə toxunub. O, ölkəsinin ABŞ ilə tərəfdaşlığının indiki miqyasından bəhs edərkən Ermənistanın İranla da dost və qonşu olduğunu vurğulayıb. Baş nazir ölkəsinin bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurduğunu, BƏƏ, Qətər, Oman, Küveyt, İordaniya, Livan, Bəhreyn və Suriyanın Ermənistanın köhnə tərəfdaşları olduqlarını söyləyib: “Bu beynəlxalq böhran fonunda biz kiçik, təvazökar bir dövlətik. Ancaq bütün qurbanların ruhunun dincliyi və tərəfdaş ölkələrin mümkün qədər tez diplomatik həll yolları tapmaları, liderlərinin müdrikliyi üçün dua edə bilərik”.

Qeyd edək ki, Ermənistanla İran arasında strateji tərəfdaşlığa dair sənəd hazırlıq səviyyəsindədir.

Nikol Paşinyan çıxışında Azərbaycanla münasibətlərə, sülh danışıqlarına, sərhədlərin delimitasiyasına, Zəngəzur dəhlizinə (TRIPP) geniş yer ayırıb. O vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində artıq 8 aydır, sakitlikdir, ölən və yaralanan yoxdur. Bununla belə, o, sülhə qayğının tələb olunduğunu də qeyd edib: “Əks halda, o, çox tez dağılacaq. Onilliklər ərzində sabit olan bölgələrdə gözümüzün önündə bir neçə gün ərzində müharibə burulğanı baş verir”.

Sülhün üstünlüklərindən danışarkən Baş nazir Azərbaycanın ərazisindən dəmir yolu daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırdığını, 2025-ci ilin noyabrında, münaqişə başlayandan bəri ilk dəfə olaraq, bu marşrutla Ermənistana yüklərin gəldiyindən bəhs edib: “Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətinə çevriləcək”.

Nikol Paşinyan səbəbini açıqlamadan Azərbaycan və Türkiyənin ünvanına gileylənib. Bildirib ki, Bakı və Ankara Ermənistandan keçməklə tranzit imkanından hələ istifadə etmirlər. Onun fikrincə, tərəflər güman edirlər ki, bu, “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinin gecikdirilməsinə” gətirib çıxara bilər.

Ancaq Baş nazir bununla Türkiyə ilə Ermənistan arasında “bağlı qapılar”ın açılmasına nail olmağa səy göstərmək kimi əsas məqsədini gizlədib.

Paşinyan Avroparlamentin kürsüsündən Azərbaycana avtomobil yolu əlaqəsini bərpa etməyi təklif edib: “Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolu əlaqəsini təmin etməyə hazırıq”.

Baş nazir çıxışında yeni münaqişəyə, yeni müharibəyə yol verməyəcəkləri öhdəliyini də üzərinə götürüb.

O, Eçmiədzin kilsəsinə, müxalifətin və onların havadarlarının ünvanına ismarış göndərb: “…Bu gün isə bəziləri kilsə qurbangahından Ermənistan qanunvericiliyini pozaraq münaqişələr, müharibələr və zorakılıq təbliğ etmək üçün istifadə edirlər”.

Nikol Paşinyan Azərbaycanın humanitar məqsədlə azad etdiyi dörd erməni barədə də danışıb: “Azərbaycan həbsxanalarında saxlanılan digər soydaşların geri qaytarılması üzrə diplomatik iş gedir”.(Report)

Bu məsələdə Nikol Paşinyanın üzərinə daha çox məsuliyyət götürdüyü hiss olunan qədərdir. Çünki Azərbaycandakı məhbus ermənilər hərbi cinayətkarlardır. Ona görə Baş nazirin bu açıqlamasının seçkilərlə bağlı olduğu, habelə Avropadakılar üçün təsəlliverici olduğu da istisna edilmir.

Ermənistan liderinin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina edərək ölkə ərazisini könüllü tərk edən ermənilərlə bağlı açıqlaması da diqqət çəkir. O bildirib ki, həmin insanlar Ermənistan Respublikası vətəndaşlığını almalı və burada həmişəlik məskunlaşmalıdırlar…

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Avropa İttifaqını, parlamentini də bir sıra saxtakarlıqdan, gərəksiz iddiaların yükündən xilas edib. İndi bu parlamentdə Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıqdan danışılır. Hətta vaxtilə sülh prosesinə mane olmağa çalışan Fransa belə artıq regionda sülh və sabitliyin möhkəmlənməsində maraqlı olduğunu gizlətmir.

Zaman yenə də ən ədalətli hakim olduğunu göstərir…(Report)

Continue Reading

Previous: İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

Bölmənin digər xəbərləri

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq
  • Gündəm

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

11 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
  • Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik
  • Siyasət

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026

Top 7 Xəbər

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib 1

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

12 Mart, 2026
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub 2

Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub

12 Mart, 2026
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 3

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

12 Mart, 2026
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 4

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

12 Mart, 2026
İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 5

İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib

12 Mart, 2026
Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 6

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026
Sabah Bakıda hava yağmursuz olacaq 7

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 067)
  • Dünya (3. 261)
  • Gündəm (11. 392)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9067) Dünya (3261) Gündəm (11392) Kateqoriyasızlar (472) Kriminal (1349) Mədəniyyət (338) Siyasət (2965) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib 12 Mart, 2026
  • Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub 12 Mart, 2026
  • Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 12 Mart, 2026
  • Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 12 Mart, 2026
  • İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.