Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl – martın 13-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.
