Skip to content
26 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 308)
  • Dünya (3. 340)
  • Gündəm (11. 661)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH

Son sorğulardan birinin nəticələri Ermənistanın Baş naziri Nikol Paşinyana seçkilərdə çətin olacağını ehtimal etməyə əsas verir. Bu siyasi
Cavidan 10 Mart, 2026

Son sorğulardan birinin nəticələri Ermənistanın Baş naziri Nikol Paşinyana seçkilərdə çətin olacağını ehtimal etməyə əsas verir. Bu siyasi kampaniya 2026-cı il iyunun 7-də keçiriləcək.

“Empirica” beynəlxalq tədqiqat və konsaltinq şirkətinin sorğusuna əsasən, Rusiya vətəndaşı, hazırda İrəvanda ev dustağı, erməni milyarder, Güclü Ermənistan Partiyasının başçısı Samvel Karapetyan az fərqlə də olsa öndədir.

“Empirica” iqtisadiyyat və sosial elmlər sahəsində tanınmış müstəqil tədqiqat, konsaltinq institutudur. 1990-cı ildə Almaniyada təsis edilib. Baş ofisi Bonnda yerləşir. Onun bir sıra ölkələrdə ofisləri mövcuddur. Keniyada Nayrobidə, Ermənistanda İrəvanda fəaliyyət göstərir.

“Növbəti dövrdə iki namizəddən hansının baş nazir olmasını istəyirsiniz?” sualına cavabda respondentlərin 35%-i Samvel Karapetyanı, 34%-i isə Nikol Paşinyanı seçib. İrəvanda isə nəticələr belə olub: sorğu iştirakçılarının 49%-i Karapetyanı, yalnız 24%-i isə Paşinyanı dəstəkləyib.

Samvel Karapetyan 18–29 yaş qrupundan olan gənc seçicilər arasında Nikol Paşinyanı 18% , 30–49 yaş qrupunda 4% qabaqlayır. Nikol Paşinyan yalnız 50 yaşdan yuxarı seçicilər arasında liderdir. Kişi respondentlər arasında onlara bərabər münasibət bildirilib, qadınlar arasında isə Karapetyan rəqibini 2% qabaqlayır.

Baş nazir postuna namizədlərin liderlik etdikləri partiyalara səsvermənin nəticəsi də Nikol Paşinyanın xeyrinə deyil. Bu sahədə mənzərə belədir: respondentlərin 28% indiki baş nazirin Vətəndaş Müqaviləsi Partiyasına səs verib. Samvel Karapetyan, Robert Koçaryan və başqa müxalifət qüvvələr birlikdə 47% səs toplayıb.

Müxalifət baş nazir postuna vahid namizəd olaraq Samvel Karapetyanı irəli sürür.

Müşahidəçilər hesab edirlər ki, bu kimi sorğuların nəticələrinə əsasən, son aylarda Nikol Paşinyan davamlı olaraq seçicilərinin dəstəyini itirir. Buna səbəb olaraq baş nazirin verdiyi vədlərə əməl etməməsi, təhlükəsizlik məsələlərinə ciddi yanaşılmaması, içməli su təchizatı problemləri, bahalıq və müharibə təhlükəsinin güclənməsi göstərilir.

Ancaq o da sirr deyil ki, Paşinyanın liderliyi nəticəsində Ermənistanda müharibə ehtimalı azalıb. Bundan başqa, son bir il ərzində silahlı qüvvələrdə hərbçi və əsgərlərin intihar hadisəsi qeydə alınmayıb.

Sorğuda İrəvan sakinlərinin daha fəal olduğu, “Güclü Ermənistan”lıların ölkə paytaxtında daha çox “sərmayə” qoyduqları da hiss olunan qədərdir.

“Parlament seçkiləri indi keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualına İrəvandakı respondentlərin 35%-i Samvel Karapetyanın, 17%-i Nikol Paşinyanın partiyasına, 11 faizi Robert Koçaryanın “Ermənistan” blokuna, müxalifətdə olan başqa siyasi təşkilatlara isə sorğu iştirakçılarının 16 %-i səs verib.

Ölkə paytaxtında rəyi soruşulanların 64%-i Azərbaycan tərəfindən müharibənin yenidən başlama ehtimalından “çox narahat” olduğunu qeyd edib, daha 24%-i isə “müəyyən dərəcədə narahat” olduğunu, 11% isə “çox narahat” və ya “heç narahat olmadığını” bildirib. Habelə, İrəvanda sorğu iştirakçılarının 64%-də müharibə qorxusu da yüksəkdir. 53%-i “çox narahatdır”, 32%-i “müəyyən dərəcədə narahatdır” və yalnız 14% “çox narahat deyil” və ya “heç narahat deyil”.

Bu faktda revanşistlərin İrəvanda daha fəal olduqlarını isbatlayır. Çünki “Güclü Ermənistan”lılar iddia edirlər ki, Nikol Paşinyan hakimiyyəti illərində “ordunu zəiflədib, məhkəmələri ələ keçirib, Qarabağı tamamilə məhv edib, öz komandası ilə birlikdə varlanıb, repressiyalara əl atıb, kilsə institutunun dağıtmağa başlayıb”.

Bu da Samvel Karapetyanın və himayədarlarının əsas hədəfləri sayıla bilər.

Rusiyayönlülərin parlament seçkiləri qabağı təşviqat kampaniyasını əsasən bu tezislər üzərində quracaqları da istisna edilmir.

İrəvandakı rəy sorğularının nəticələrinə inansaq, belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan paytaxtda seçkilərdə uduzacaq.

Yeri gəlmişkən, Güclü Ermənistan Partiyası 2021-ci ildə “Rusiya ilə Güclü Ermənistan” ictimai-siyasi hərəkatın əsasında yaradılıb. O, həmin il keçirilən parlament seçkilərində iştirak etməyib. Təşkilat Rusiyanın qatı tərəfdarıdır. Onlar Ermənistanı Rusiya ilə ən dərin tərəfdaşlıq yaratmağa, Belarus-Rusiya İttifaq Dövlətinə qoşulmağa çağırış edirlər. Partiya Baş nazir Nikol Paşinyanın qərbyönlü siyasətinə qarşı çıxır və onu Corc Sorosun “marionet”i adlandırır.

Bu ilin fevralında rusiyayönlü bu siyasi qruplaşma Samvel Karapetyanın baş nazir postuna namizədliyini irəli sürüb.

Ancaq onun hökumətə başçılıq etməsinə konstitusiya imkan vermir. Çünki deputat olmaq istəyən şəxs son dörd ildə yalnız Ermənistan vətəndaşı olan, bütün bu müddət ərzində daimi olaraq ölkədə yaşayan, səsvermə hüququ olan və erməni dilində danışan istənilən şəxs ola bilər. Karapetyan isə Ermənistan vətəndaşı deyil. Bu səbəbdən də “Güclü Ermənistan”ın seçkiqabağı siyahısına daxil edilə bilməz.

Bunun belə, partiyadaşları bunu problem hesab etmirlər. Onlar iddia edirlər ki, seçkini udub, konstitusiyanın bu maddəsini dəyişəcəklər. Karapetyançıların və himayədarlarının qanunlara belə oyuncaq kimi yanaşması, bir nəfərə görə onu dəyişmək istəmələri rusiyayönlülərin Ermənistanda hakimiyyət çevrilişi niyyəti olaraq dəyərləndirilə bilər.

Keçmiş prezident və baş nazir Serj Sarqsyanın Respublikaçılar Partiyasının aparıcı fiqurlarından biri Artak Zakaryan bildirib ki, Ermənistanın hər bir vətəndaşına seçkilərdən əvvəl birlik və küçə mübarizəsi lazımdır. O bununla ölkə vətəndaşlarını iğtişaşa, küçə mübarizəsinə, etimadsızlığa səsləyib.

Belə qənaətə gəlmək olar ki, Nikol Paşinyanın uduzması üçün indidən sorğu adı altında hazırlanmış ictimai rəyi formalaşdırırlar. Düzdür, onun hökumətə başçılıq edib-etməyəcəyi Ermənistan cəmiyyətinin problemidir. Ancaq bir məsələ realdır ki, samvelçilər ölkəni Rusiyaya doğru sürükləməklə forpostluğu bərpa etməyə, dərinləşdirməyə çalışırlar. Bu, həm də Qarabağ kimi Cənubi Qafqaza və Azərbaycana təzyiq etmək alətindən məhrum edilmiş Rusiyaya yenidən yarınmaq cəhdidir. Sorğulara görə, hələ ki Paşinyan uduzur, onun nəticələri reallaşsa, Ermənistan və erməni cəmiyyəti məğlub, məyus vəziyyətə düşər.(Report)

Continue Reading

Previous: Sabah ölkə üzrə pensiyalar ödəniləcək
Next: Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO

Bölmənin digər xəbərləri

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb

25 Aprel, 2026
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • Cəmiyyət

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

25 Aprel, 2026
Bakıda “enerji həftəsi” keçiriləcək
  • Cəmiyyət

Bakıda “enerji həftəsi” keçiriləcək

24 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb 1

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb

25 Aprel, 2026
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir 2

Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir

25 Aprel, 2026
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 3

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

25 Aprel, 2026
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 4

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

25 Aprel, 2026
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü 5

İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü

25 Aprel, 2026
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək 6

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

25 Aprel, 2026
Bakıda “enerji həftəsi” keçiriləcək 7

Bakıda “enerji həftəsi” keçiriləcək

24 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 308)
  • Dünya (3. 340)
  • Gündəm (11. 661)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9308) Dünya (3340) Gündəm (11661) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (645) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb 25 Aprel, 2026
  • Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir 25 Aprel, 2026
  • Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 25 Aprel, 2026
  • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 25 Aprel, 2026
  • İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü 25 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.