Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Efiopiyanın Baş naziri Səngəçal neft terminalında olub
  • Cəmiyyət
  • Gündəm

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında olub

Azərbaycanda rəsmi səfərdə olan Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub. Terminalla tanışlıq Xəzər regionunda
Cavidan 27 Fevral, 2026
NdWXBFvu5NQv

Azərbaycanda rəsmi səfərdə olan Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub.

Terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanıb.

Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir.

Mərkəz 2005-ci ildə yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.

Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb. Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirib.

Efiopiyanın Baş naziri və onu müşayiət edən şəxslər müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxıblar. Sonra Azərbaycanın neft tarixi və “Cənub Qaz Dəhlizi” layihəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilib. Bu layihələrin təməlini qoyan Ulu Öndər Azərbaycana milyard dollarla xarici sərmayələrin cəlb edilməsi üçün mühüm addımlar atıb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirib.

Bu gün Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır. Vurğulanıb ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.

Ali qonağa xatirə hədiyyələri təqdim olunub. Sonra Abiy Əhməd Əli avtobusla Səngəçal terminalının ərazisini gəzib. Ona terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır.

“Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon bareldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə, Azərbaycanın yüksəkkeyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. “İlkin Neft Layihəsi” və “Səngəçal Terminalının Genişləndirilməsi Proqramı” çərçivəsində terminalın ötürmə və emal imkanları daha da artırılıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanda sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək
Sonrakı: Cavidan Hüseynov Azərbaycanın Bəhreyndə səfiri təyin olunub

Bölmənin digər xəbərləri

BEEbxueQX_1200 (1)
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

Cavidan 15 Oktyabr, 2026
hm87sBTRp0z25jmMf6cv
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cavidan 15 Oktyabr, 2026
vMyltuCcIy5zrKh_1200
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 285)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib BEEbxueQX_1200 (1) 1
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

15 Oktyabr, 2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib hm87sBTRp0z25jmMf6cv 2
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15 Oktyabr, 2026
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər vMyltuCcIy5zrKh_1200 3
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

15 Oktyabr, 2026
Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək SDXkIAO v97NdHtFhjxsTbEy0_1200 4
  • Cəmiyyət

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

15 Oktyabr, 2026
Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib v8Pip bcLyStvxp_1200 5
  • Cəmiyyət

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3285) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 133
  • 125
  • 4. 788

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.