Azərbaycan cari mövsüm UEFA reytinqini 27-ci pillədə başa vuracaq.
Bu, avrokuboklarda pley-off mərhələsinin oyunlarından sonra bəlli olub.
27-ci sıradan aşağıda qərarlaşan ölkələrin avrokuboklarda təmsilçiləri qalmayıb.
Azərbaycan 22.2937 əmsalla 27-cidir. 26-cı yerdəki Sloveniyanın 23.968 əmsalı var.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a (İngiltərə) iki oyunun nəticəsinə (1:6, 2:3) görə uduzaraq turnirdə mübarizəni dayandırıb.
