Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Azərbaycan öndə gedən ölkələrdən birinə çevriləcək”
  • Cəmiyyət

“Azərbaycan öndə gedən ölkələrdən birinə çevriləcək”

[center][thumb]http://azadmedia.az/uploads/posts/2022-01/1642149451_1642148395_04.jpg[/thumb][/center]“Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir sıra mükəmməl tezislərlə yadda qaldı və ölkə ictimaiyyətinin,
Cavidan 14 Yanvar, 2022
1642148395_04

[center][thumb]http://azadmedia.az/uploads/posts/2022-01/1642149451_1642148395_04.jpg[/thumb][/center]
“Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir sıra mükəmməl tezislərlə yadda qaldı və ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin ciddi marağına səbəb oldu. Bunu həmin müsahibə ilə bağlı xarici media orqanlarında dərc olunan yazılar da sübut edir. Dövlətimizin başçısı jurnalistlərin suallarına verdyi cavablarda ötən il ərzində görülən işlərin, icra edilən sosial-iqtisadi layihələrin əhəmiyyətini dəqiqliklə ölkə ictimaiyyətinin diqqətinə çatdırdı və yeni mərhələdə həyata keçiriləcək işləri, nəzərdə tutulan vəzifələri aydın şəkildə təhlil etdi”.

Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev “Unikal”a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, ölkə başçısının ötən il ərzində ölkəmizin əldə etdiyi hərbi-siyasi, iqtisadi-sosial uğurlardan müfəssəl şəkildə danışması bu günkü ağır sınaqlarla üz-üzə qalmış dünyanın acı reallıqları fonunda müharibədən yenicə çıxmış bir ölkənin siyasi qüdrətindən və iqtisadi nailiyyətlərindən xəbər verir. Bütün bunların gözlənilən nəticəsiydi ki, dünyanın ən böyük narahatlığı sayılan pandemiyanın yaratdığı ağır qlobal problemlər, maliyyə sıxıntıları fonunda Azərbaycan qarşıda qoyduğu planları uğurla gerçəkləşdirir və eyni zamanda sosial-iqtisadi artımlara da nail olur.

Erməni işğalçılarının misli görünməmiş vandallıq törətdiyi doğma Qarabağımız bu gün böyük tikinti meydanını xatırladır. Burada dövlətimiz öz hesabına nəhəng quruculuq-bərpa işləri aparılır, ərazisi Livandan da böyük olan bir bölgədə geniş miqyasda infrastruktur layihələri icra olunur. Dövlətimizin başçısı həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinə xüsusi diqqət yetirildiyini xatırladıb və bildirib ki, torpaqları minalardan təmizləmədən infrastruktur qurulmasına və genişmiqyaslı qayıdış proqramının icra edilməsinə başlaya bilmərik.

Ağalar Vəliyev qeyd edib ki, bütün bunların fonunda Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı sahəsində öz modelini ortaya qoyub. Çünki bir çox ölkələr müharibə şəraitində olub. Amma, ölkəmizdə şəhid ailələrinə,müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Bu kateqoriyadan olan insanlar indiyədək 10 minə yaxın mənzillə təmin edilib, 7400 nəfərə isə minik avtomobili verilib. Bütün bunlar onu göstərir ki, Dünya Birliyində nüfuzlu sosial dövlət kimi tanınan Azərbaycanda əhalinin rifahının, maddi güzəranının yaxşılaşdırılması istiqamətlərində sosial paketlərin gerçəkləşdirilməsi işləri daim diqqət mərkəzindədir və dövlətin bu sahədə apardığı siyasət uğurla davam etdiriləcək.

Deputatın fikrincə, mühüm çağırışlarla yadda qalan, ölkənin bütün taleyüklü məsələlərindən bəhs edən müsahibədə toxunulan ən vacib məqamlardan biri hər zaman olduğu kimi vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nəticələrlə bağlı oldu. Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, son illər göztərilən sözlə əməl arasında göstərilən vəhdət hamıya dərs olmalı, korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparılmalı, əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa cəzası sərt olmalıdır. Məmur vətəndaş münasibətlərinin şəffaflığı, öz fəaliyyətlərində məmurların vətəndaş məmnunluğunu əsas götürmələri ölkəmizin dayanıqlı inkişafını və sabitliyi təmin edən mühüm amillərdən biridir. Daim yeniliyə meyl göstərilən ölkəmizdə dünyada Azərbaycan brendi kimi tanınan “Asan xidmət”, DOST layihələrinin həyata keçirilməsində də əsas məqsəd şəffaflığın qorunması və vətəndaş məmnuniyyətinin artırılmasıdır.

Milli Məclis üzvü onu da vurğulayıb ki, Qarabağ problemi kimi ağır yükü çiynindən atan Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü və Qoşulmama Hərəkatının sədri kimi dünya təsisatlarının fəaliyyətində hər zaman fəal iştirak edəcək və yeni dünya düzənində təşəbbüslərlə çıxış edən ölkələrdən biri olacaq. Xalqımızın mənəvi səfərbərliyi, xalq- iqtidar birliyi, ölkənin iqtisadi müstəqilliyi, enerji təhlükəsizliyi və Qarabağ Zəfərindən sonra artan imkanlar da bunu deməyə əsas verir ki, özünə möhkəm tərəfdarlar qazanmış Azərbaycan yaxın zamanlarda dünya birliyinin öndə gedən ölkələrindən birinə çevriləcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Rusiya ilə müharibədə Ukraynaya dəstək verəcəyik” – NATO
Next: İki nazirin müraciəti əsasında Tarif Şurası qiymətləri ARTIRDI

Bölmənin digər xəbərləri

fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.