Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • Cəmiyyət
  • Gündəm

Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili
Cavidan 20 Fevral, 2026
media-MEDIA-a b

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb.

Fərmanla aşağıdakı publik hüquqi şəxslər yenidən təşkil edilir:

– “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə;

– “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində.

Fərmanla müəyyən edilir ki, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir.

“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir.

“Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqları və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Agentliyə və Mərkəzə keçir.

Agentliyin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

– Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

– Agentliyin ləğvi və yenidən təşkili;

– nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

– Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

Agentliyə:

– bu Fərmanın 7-ci hissəsi nəzərə alınmaqla, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi;

– bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Mərkəzin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

– Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– Mərkəzin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

– Mərkəzin ləğvi və yenidən təşkili;

– nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Mərkəzin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

– Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;

– Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

– Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi;

Mərkəzə:

– inkişaf istiqamətlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;

– Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Agentliyin və Mərkəzin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentlik və Mərkəz İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin və Mərkəzin yenidən təşkilinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirəcəklər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Agentliyin və Mərkəzin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görəcək.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ölkədə hər gün 57 ailə boşanır
Sonrakı: Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub

Bölmənin digər xəbərləri

vcrMyLIl9JHkUewu0sAyU b
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Cavidan 15 Oktyabr, 2026
BgdWpx14hmRP1dfN b
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Cavidan 15 Oktyabr, 2026
BEEbxueQX_1200 (1)
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 286)
  • Dünya (1. 083)
  • Gündəm (3. 462)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb vcrMyLIl9JHkUewu0sAyU b 1
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr, 2026
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib BgdWpx14hmRP1dfN b 2
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

15 Oktyabr, 2026
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib BEEbxueQX_1200 (1) 3
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

15 Oktyabr, 2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib hm87sBTRp0z25jmMf6cv 4
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15 Oktyabr, 2026
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər vMyltuCcIy5zrKh_1200 5
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3286) Dünya (1083) Gündəm (3462) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 1
  • 1
  • 4. 811

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.