Skip to content
7 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 184)
  • Dünya (3. 304)
  • Gündəm (11. 532)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 366)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 978)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

1979-cu ilin 18 fevralında Təbrizdə xalq üsyanı baş verib və tarixə 29 Bəhmən adı ilə düşüb. O vaxtadək
Cavidan 18 Fevral, 2026

1979-cu ilin 18 fevralında Təbrizdə xalq üsyanı baş verib və tarixə 29 Bəhmən adı ilə düşüb. O vaxtadək şaha qarşı aksiyalar adətən tələbələr, bəzi siyasi qruplar və bəzən də Tehranın ətrafındakı fəhlələrin tərəfindən keçirilirdi.

Amma Təbriz hərəkatı İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi oldu. Amma bu olayların mərkəzində olan qüvvələr Ayətullah Xomeyni deyil, Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları idi, Çünki onlar heç Xomeynini tanımırdılar. 

Hərəkatda iştirak edənlər əsasən yoxsullar, xalçaçılar və işçilər idi.  Təbrizdəki olaylarda bir çox ölən, yaralanan, tutulan oldu və təbrizlilərin bu qırx mərasimləri başqa şəhərlərdə keçirildi. Beləliklə, inqilabın başlanğıcı olan 29 Bəhmən (18 fevral 1978) Təbriz hərəkatı nəticəsində Pəhləvi rejimi devrilir.

Bəs, fevralın 18-də dünyada daha hansı hadisələr baş verib?

1. 1451-ci ilin 18 fevralında Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.1444-ci ildə Osmanlı sultanı II Murad taxtı oğlu Mehmetə verdi. 12 yaşında taxta çıxarıldığı üçün bəzi dövlət adamları (Çandarlı Xəlil Paşa və b.) buna etiraz bildirdi, amma II Murad qəbul etmədi.  Macarların bağlanılan müqaviləni pozması və müharibəyə başlaması ilə gənc sultan Mehmet atası və bəzi saray əyanlarına iki məktub göndərdi. Bunların ikisində də atasına bu məşhur sözləri söylədi: “Padşahsanız, özünüz gəlin, qoşunlarınızı idarə edin. Yox, padşah bizsək, sərəncamımıza itaət edib qoşunlarımızın başına keçin!” Bu məktubdan sonra II Murad yenidən Osmanlı taxtına oturdu. 7 il sonra atasının ölümündən sonra Fateh Sultan Mehmet ikinci dəfə 1451-ci ilin bu günü taxta çıxdı. 

2. 1683-ci ildə başlayan Müqəddəs İttifaq Müharibələri illərində – 1695-ci ilin 18 fevralında Osmanlı dövləti Saqqız adasını Venesiyadan geri aldı.

3. 18 fevral 1855-ci ildə Fransız astronom Urben Jan Jozef Leverye ilk dəfə havanın sinoptik xəritəsini qurub.

4. 1856-cı ilin 18 fevralında Osmanlı dövlətində İslahat Fərmanı dərc olundu. Sultan Əbdülməcid tərəfindən verilən fərman çökmüş Osmanlı dövlətində köklü dəyişikliklərin aparılması məqsədi daşıyırdı.

5. 1930-cu ilin bu günü gənc Amerika astronomu Klayd Uilyam Tommo Persinvalya Lovella rəsədxanasında fotoqrafik teleskopun köməyi ilə alınmış şəkilləri işlədikdən sonra əmin olub ki, Günəş sisteminin yeni planetini kəşf edib. Həmin il martın 13-də bu planet Pluton adlandırılıb.

6. 18 fevral 1952-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin NATO-ya üzvlüyünü təsdiq etdi. Türkiyənin Koreya müharibəsinə qoşulması və Rusiyanın yürütdüyü sərt siyasət ABŞ-ı Aralıq dənizinin təhlükəsizliyi üçün Türkiyə və Yunanıstanı da NATO-ya daxil etməyə sürükləmişdi.  

7. 18 fevralda Afrikanın qərbində yerləşən Qambiya respublikası müstəqilliyini bayram edir. Bu ölkə 1965-ci ildə suverenlik qazanıb. O zamana qədər Qambiya Böyük Britaniyanın müstəmləkəsi idi.

8. 1988-ci ilin fevralından Qafan rayonundan olan azərbaycanlı qaçqınların Ermənistandan Azərbaycana axını başlayıb. Təkcə fevralın 18-də sərhədi 4 mindən çox adam keçib. Bununla da Ermənistan ərazisində etnik təmizləmə – azərbaycanlıların doğma yurd-yuvalarından qovulması prosesi başlayıb.

18 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dahi Azərbaycan alimi, ensiklopedik biliyə malik Məhəmməd Nəsirəddin Tusi 1201-ci ilin bu günü Həmədanda anadan olub. Marağa Rəsədxanasının yaradılmasına xeyli əmək sərf edən Tusi oranı Şərqin böyük elmi mərkəzinə çevirib.  Nəsirəddin Tusi “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini təyin edib. Onun elmin bir çox sahəsinə dair əsərləri bu gün də dünya alimləri tərəfindən tədqiq olunur. (1201-1274)

2. 1294-cü ilin 18 fevralı Monqol imperatoru Kubilay Xan dünyasını dəyişib. Çində Yuan sülaləsinin banisi olan Kubilay Xan 1271-ci ildə hakimiyyətə gəlib və 23 il boyu buranın hökmdarı olub. O, Sonq xanədanlığına son qoyaraq bütün Çin dövlətini birləşdirib. Çində ilk kağız pul Kubilay Xan zamanında başlanıb. Onun dövründə Çinə Avropa səyyahları səfər edib ki, bunların arasında ən məşhuru italiyalı Marko Polodur (15.IX.1254 – 8.I.1324).

3. Məhşur İtaliya fiziki, kimyaçısı, fizioloqu, daimi elektrik cərəyanının ixtiraçısı Alessandro Volta 1745-ci ilin 18 fevralında dünyaya gəlib.  Fizika sahəsində tədqiqatları əsasən elektriklə bağlı olan Voltanın həssas elektroskop, kondensator, elektrometr, metan və digər ixtiraları var. Teleqrafın layihəsini də ilk dəfə Alessandro Volta hazırlayıb (1745-1827).

4. Görkəmli Azərbaycan şairi, qəzəl ustası Əliağa Vahid 1895-ci ilin bu günü anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Klassik Şərq ədəbiyyatının bilicisi olub. Vahid təxəllüsünü ona hazırcavablığına görə Mirzə Əvdülxaliq Yusif verib.  1914-1915-ci illərdən başlayaraq satirik şeirləri, qəzəlləri, meyxanaları, felyetonları qəzet və jurnallarda (“İqbal”, “Zəhmət”, “Bəsirət”, “Tuti”, “Məzəli”, “Kommunist”, “Maarif və Mədəniyyət”, “Yeni Yol”, “Gənc işçi” və s.) müntəzəm çap olunub.  Əliağa Vahid qəzəlxan şair kimi tanınıb və bütün Şərqdə məhşurlaşıb. O, eyni zamanda, Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. (1894-1965) (Bizim.Media)

Continue Reading

Previous: Paşinyan işgüzar səfərlə ABŞ-yə yola düşüb
Next: Daha 17 itkin-şəhid dəfn olunacaq – SİYAHI

Bölmənin digər xəbərləri

Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb
  • Cəmiyyət

Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb

7 Aprel, 2026
Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib – SİYAHI
  • Gündəm

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib – SİYAHI

7 Aprel, 2026
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1%-dən çox artıb
  • Cəmiyyət

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1%-dən çox artıb

7 Aprel, 2026

Top 7 Xəbər

İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq 1

İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq

7 Aprel, 2026
Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb 2

Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb

7 Aprel, 2026
Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib – SİYAHI 3

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib – SİYAHI

7 Aprel, 2026
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1%-dən çox artıb 4

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1%-dən çox artıb

7 Aprel, 2026
Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərində populyarlığa görə liderdir 5

Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərində populyarlığa görə liderdir

7 Aprel, 2026
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib 6

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

7 Aprel, 2026
Ali Məhkəmənin Plenumunun bəzi qərarlarına dəyişikliklə bağlı layihə təsdiq edilib 7

Ali Məhkəmənin Plenumunun bəzi qərarlarına dəyişikliklə bağlı layihə təsdiq edilib

7 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 184)
  • Dünya (3. 304)
  • Gündəm (11. 532)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 366)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 978)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9184) Dünya (3304) Gündəm (11532) Kateqoriyasızlar (477) Kriminal (1366) Mədəniyyət (344) Siyasət (2978) Texnologiya (14) İdman (639) İqtisadiyyat (581)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq 7 Aprel, 2026
  • Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb 7 Aprel, 2026
  • Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib – SİYAHI 7 Aprel, 2026
  • Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1%-dən çox artıb 7 Aprel, 2026
  • Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərində populyarlığa görə liderdir 7 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.