Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 072)
  • Dünya (3. 262)
  • Gündəm (11. 400)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 350)
  • Mədəniyyət (339)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir” – İlham Əliyev

“İqtisadi sahədə çox böyük perspektivlər var. Təbii ki, biz birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışırıq. Deyə bilərəm
Cavidan 13 Yanvar, 2022

“İqtisadi sahədə çox böyük perspektivlər var. Təbii ki, biz birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışırıq. Deyə bilərəm ki, OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik”.

Bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində bildirib.

“Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Akvopao şirkətidir. Şirkət haqqında çox danışmaq olar, təkcə onu qeyd etməliyəm ki, bu, enerji sahəsində dünyanın ən böyük şirkətidir. Mənə verilən məlumata görə, şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni, təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir.

Əlbəttə ki, burada bizim ikitərəfli dövlətlərarası əlaqələrimizin rolu çox böyükdür, eyni zamanda, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması – bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq”, – dövltə başçısı deyib.

Continue Reading

Previous: DİN Bəhram Bağırzadənin paylaşımına münasibət bildirdi
Next: Sulu qar, qar yağacaq – SABAHIN HAVASI

Bölmənin digər xəbərləri

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
  • Cəmiyyət

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026
Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib
  • Cəmiyyət

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

13 Mart, 2026
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
  • Cəmiyyət

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir

13 Mart, 2026

Top 7 Xəbər

Naxçıvanda ana doğuşdan sonra ölüb 1

Naxçıvanda ana doğuşdan sonra ölüb

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub 2

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026
Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib 3

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

13 Mart, 2026
Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir 4

Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir

13 Mart, 2026
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır 5

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

13 Mart, 2026
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi 6

Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

13 Mart, 2026
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir 7

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 072)
  • Dünya (3. 262)
  • Gündəm (11. 400)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 350)
  • Mədəniyyət (339)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9072) Dünya (3262) Gündəm (11400) Kateqoriyasızlar (472) Kriminal (1350) Mədəniyyət (339) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Naxçıvanda ana doğuşdan sonra ölüb 13 Mart, 2026
  • Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub 13 Mart, 2026
  • Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib 13 Mart, 2026
  • Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir 13 Mart, 2026
  • Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.