Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, işğaldan azad edilmiş ərazilərdəki Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə video-fləşmob hazırlayıb.
Bu barədə Komitədən məlumat verilib.
Dron çəkilişlərindən ibarət olan bu layihə, işğaldan azad edilmiş rayon, şəhər və qəsəbələrimizdə həyata keçirilən bərpa-quruculuq işlərini, müasir infrastruktur layihələrini və dirçələn həyatın miqyasını vizual olaraq nümayiş etdirir.
