Skip to content
14 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 420)
  • Dünya (3. 366)
  • Gündəm (11. 747)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

Qərblə Rusiya arasında artan gərginlik fonunda Avropada yaşanan xaos və zidiyyətlər daha da dərinləşir. Bu hal özünü bəzi
Cavidan 7 Fevral, 2026


Qərblə Rusiya arasında artan gərginlik fonunda Avropada yaşanan xaos və zidiyyətlər daha da dərinləşir. Bu hal özünü bəzi qitə ölkələrinin Rusiyaya münasibətində xüsusilə qabarıq şəkildə göstərməyə başlayıb. Dünənə qədər, Rusiyaya kəskin münasibətilə seçilən bəzi Avropa ölkələr indi bu məsələdə birdən-birə yumşaq mövqe sərgiləməyə başlayırlar. Bu xüsusda əsasən də Rusiya ilə sərhədə malik olan Baltikyanı ölkələr – Latviya və Estoniya daha çox seçilir.

Belə ki, Estoniya Prezidenti Alar Karis və Latviyanın Baş naziri Evika Silina Rusiya ilə əlaqələri yeniləmək üçün xüsusi Avropa elçisinin təyin edilməsini tələb ediblər.

Estoniya Prezidenti seçilmiş xüsusi elçinin həm Rusiya, həm də Ukrayna tərəfindən etibar edilən “böyük Avropa ölkəsi”ndən gəlməli olduğunu vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron isə həftənin əvvəlində xüsusi elçinin təyin edilməsi ilə bağlı işlərin “artıq texniki səviyyədə başladığını” bildirib.

Görünən odur ki, artıq bir sıra Avropa ölkələri Moskva ilə konfrantasiyada olmaqdansa, onunla danışıqlara getməyə meyl etməyə başlayıblar.

Avropa ölkələrinin Rusiya ilə danışıqlara başlamaq istəyi nədən qaynaqlanır?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında bildirir ki, bəzi Avropa ölkələri, xüsusən də Rusiya ilə sərhəddə yerləşən dövlətlərin Moskva ilə danışıqlara başlamaq üçün hərəkətə gəlmələri onların artıq özlərini düşünməyə başlamaları ilə bağlıdır:

“Görürlər ki, nəhəng dövlətlər ancaq özlərini düşünür, digərlərinə isə özləri üçün yem kimi baxırlar. Avropanın lider ölkələri – Fransa, Almaniya və Böyük Britaniya Avropa İttifaqına daxil olan bir sıra dövlətlərin üzləşə biləcəyi risklərə məhəl qoymadan hamısını Rusiya ilə üz-üzə qoymaq siyasəti yürüdürlər.

Bu yolla çalışırlar ki, Rusiyanın təsir dairəsini kiçiltsinlər. Həmin güclərə vacib olan Rusiya ilə konfrantasiyanın gücləndirilməsidir. Bu səbəbdən də sözügedən 3 Avropa nəhəngi digərlərinin fikirlərinə məhəl qoymur. Yəni Paris, London, Berlin açıq şəkildə yeri gələndə bəzi subyektlərin maraqlarını düşünmədən qurban verməyə hazırdırlar”.

Ekspertin fikrincə, Baltikyanı ölkələr Rusiya ilə münasibətlərdə yaşanan gərginlik fonunda onları da Ukraynanın aqibəti gözləyə biləcəyini anlamağa başlayıblar:

“Baltikyanı ölkələr yaddan çıxarmamalıdır ki, Rusiya onların yaxın qonşusudur. Bölgənin hər üç dövlətində istehsal edilən əksər kənd təsərrüfatı, balıq məhsulları, xüsusi yeyinti məhsullarını Avropa bazarı yaxına belə buraxmır. Həmin məhsulları onlardan Rusiya alır.

Belə olan halda, Baltikyanı ölkələr görür ki, böyük güclərin oyunbazlığı nəticəsində pis vəziyyətə düşür və Rusiyanın qəzəbinə tuş gəlirlər. Baltikyanı elita, siyasi qüvvələr özünəməxsus tərzdə ayılırlar. Nəticədə anlayırlar ki, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik fonunda onları da Ukraynanın aqibəti gözləyə bilər.

Prosesdə yeni mərhələ
 
Politoloq qeyd edir ki, deyəsən, Estoniya və Latviyanın siyasi qüvvələri artıq oyanış dövrünə qədəm qoyurlar:

“Onlar görürlər ki, Rusiya ilə münasibətləri korlamağın xeyri yoxdur, əksinə ziyanı var. Rusiya onlar üçün bazardır. Digər tərəfdən, onlar arasında elə də ciddi antoqanizm yoxdur. Deməli, burada özünəməxsus yeni mərhələ başlamaq üzrədir”.(Bizim.Media)

Continue Reading

Previous: Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI
Next: Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
  • Dünya

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14 May, 2026
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
  • Cəmiyyət

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

14 May, 2026
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir
  • Dünya

Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir

14 May, 2026

Top 7 Xəbər

Sabah 30 dərəcə isti olacaq 1

Sabah 30 dərəcə isti olacaq

14 May, 2026
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib 2

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14 May, 2026
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 3

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14 May, 2026
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 4

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

14 May, 2026
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi 5

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

14 May, 2026
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq 6

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

14 May, 2026
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir 7

Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir

14 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 420)
  • Dünya (3. 366)
  • Gündəm (11. 747)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9420) Dünya (3366) Gündəm (11747) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2989) Texnologiya (14) İdman (651) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah 30 dərəcə isti olacaq 14 May, 2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib 14 May, 2026
  • Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 14 May, 2026
  • Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 14 May, 2026
  • Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi 14 May, 2026
© Addim.az | MoreNews by AF themes.