Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ömürlük məhkum olunan erməni canilər harada saxlanılacaq?
  • Cəmiyyət
  • Gündəm

Ömürlük məhkum olunan erməni canilər harada saxlanılacaq?

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması
Cavidan 5 Fevral, 2026
1770286509_separatci n69

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarına hökm oxunub.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə müxtəlif cəzalar kəsilib.

Belə ki, Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Arkadi Qukasyan və Bako Sahakyan isə 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməyib. Məhkəmə hər iki təqsirləndiriləni 20 illiyə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Azərbaycan Respublikasında ömürlük məhkumlar Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılırlar.

Bu qapalı cəzaçəkmə müəssisəsi Qobustanda yerləşir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2025-ci ilin sonlarında verdiyi açıqlamada bildirilib ki, həmin cəzaçəkmə müəssisəsində ümumilikdə 50-yə yaxın məhkum saxlanılır.

Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyanın da ömürlük məhkumlar kimi 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılacaqları istisna olunmur.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı – DƏHŞƏT
Sonrakı: Bakıda yeni dayanacaqlar quraşdırılacaq

Bölmənin digər xəbərləri

UKtTjWirvou6KzOv
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

Cavidan 15 Oktyabr, 2026
bi9o6_1200
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Cavidan 15 Oktyabr, 2026
AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 280)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Sabah Bakıda hava çiskinli olacaq UKtTjWirvou6KzOv 1
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

15 Oktyabr, 2026
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik bi9o6_1200 2
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

15 Oktyabr, 2026
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B 3
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

15 Oktyabr, 2026
“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 4
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 5
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3280) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 105
  • 102
  • 4. 760

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.