Skip to content
12 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH

Azərbaycan dövlətinin son illər apardığı uğurlu xarici siyasət kursu və Prezident İlham Əliyevin müntəzəm olaraq həyata keçirdiyi xarici
Cavidan 3 Fevral, 2026
E5iegPGHlYorZ b

Azərbaycan dövlətinin son illər apardığı uğurlu xarici siyasət kursu və Prezident İlham Əliyevin müntəzəm olaraq həyata keçirdiyi xarici səfərlər ölkənin beynəlxalq münasibətlər sistemində tutduğu yerin möhkəmləndirilməsi və yeni strateji tərəfdaşlıqların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Xarici siyasəti çoxvektorlu olan rəsmi Bakı üçün İslam dünyası ilə əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilib.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycanın xarici siyasət gündəmində xüsusi çəkisi olan hadisə sayılır. Çünki ötən ilin dekabr ayından bu yana ölkə başçısı 3 dəfə Əbu-Dabiyə səfər edib və keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycan-BƏƏ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi, enerji, investisiya və iqtisadi əməkdaşlıq sahələrində konkret razılaşmaların imzalanmasına, həmçinin regionda etibarlı diplomatik və maliyyə əlaqələrinin möhkəmlənməsinə imkan yaratdı.

Fevralın ilk günlərində reallaşdırılan səfər isə ənənəvi diplomatik təmasların davamı çərçivəsindən kənara çıxaraq, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında formalaşmış strateji tərəfdaşlığın real məzmununu və dərinliyini nümayiş etdirdi. Bu səfərlər və qarşılıqlı müzakirələr həm də sübut edir ki, BƏƏ Azərbaycanın Yaxın Şərq və İslam dünyasında ən yaxın, ən etibarlı və ən perspektivli tərəfdaşlarından birinə çevrilib. Qeyd etmək lazımdır ki, bu tərəfdaşlıq qarşılıqlı siyasi etimad, uzunmüddətli iqtisadi maraqlar (bu sırada enerji layihələri xüsusi yer tutur), regional məsələlərə ortaq baxış əsasında yaranıb. Azərbaycan üçün BƏƏ artıq qlobal enerji, maliyyə və təhlükəsizlik arxitekturasında strateji çəkisi olan tərəfdaşa çevrilib. Məhz bu baxımdan Prezident İlham Əliyevin səfəri Azərbaycanın xarici siyasət kursunun çoxşaxəli xarakterini, balanslı tərəfdaşlıq modelini və BƏƏ ilə münasibətləri strateji səviyyədə saxlamaq niyyətini açıq şəkildə ortaya qoyur.

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH

Vurğulamaq lazımdır ki, İlham Əliyevin BƏƏ səfərləri ardıcıl və sistemli diplomatik xəttin tərkib hissəsinə çevrilib. Enerji, bərpaolunan enerji, investisiya və iqtisadi əməkdaşlıq sahələrində əldə olunan razılaşmalar, Masdar şirkəti ilə imzalanan sənədlər Azərbaycanın yaşıl enerji strategiyasını praktik müstəviyə keçirdi (2023-cü il). Eyni zamanda qeyd etmək lazımdır ki, BƏƏ Prezidentinin Bakıya və xüsusilə Şuşaya səfəri iki ölkə arasında münasibətlərin siyasi-simvolik dəyərini daha da artırıb. Bu səfər yalnız rəsmi protokol xarakteri daşımır, eyni zamanda BƏƏ-nin Azərbaycanın suverenliyinə və postmünaqişə reallıqlarına açıq siyasi dəstəyinin bariz nümunəsidir. Şuşa səfəri Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə təsdiqləməklə yanaşı, bölgədə sabitlik və inkişaf strategiyasına dəstək mesajı da verir.

Ölkə başçısının səfər çərçivəsində Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü də diplomatik sferada böyük əhəmiyyətin göstəricisidir. Yəni, Azərbaycan-BƏƏ münasibətləri artıq klassik dostluq çərçivəsindən çıxaraq tamhüquqlu strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. BƏƏ Yaxın Şərqdə siyasi sabitliyi, güclü maliyyə resurslarını, enerji sektorunda qlobal mövqeləri və post-neft dövrünə keçid strategiyasını özündə birləşdirən nadir ölkələrdəndir. Azərbaycan isə Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas təminatçısı, Avropa ilə Asiyanı birləşdirən tranzit mərkəzi və regional güc balansını formalaşdıran aparıcı aktordur. Bu iki modelin üst-üstə düşməsi tərəfdaşlığın dərinləşməsini obyektiv zərurətə çevirir.

Prezidentin Əbu-Dabiyə səfəri zamanı xüsusilə diqqət ayrılmalı məqamlardan biri Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus qeyri-nəzarət payının bir hissəsinin ADNOC-un investisiya qolu olan XRG şirkətinə satılması ilə bağlı sənədin imzalanması oldu. Bu addım Azərbaycanın “Cənub Qaz Dəhlizi”ni artıq təkcə regional layihə kimi deyil, qlobal enerji təhlükəsizliyinin mühüm elementi kimi təqdim etdiyini göstərir. BƏƏ kimi böyük enerji oyunçusunun layihəyə qoşulması maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, layihənin beynəlxalq siyasi çəkisini də artırır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında həyata keçirilən birgə hərbi təlimlər strateji baxımdan xüsusi önəm daşıyır. Əminliklə söyləmək olar ki, bu təlimlər iki ölkə arasındakı yüksək səviyyəli etimadın konkret göstəricisi kimi qiymətləndirilə bilər. Xüsusilə diqqət çəkir ki, Əbu-Dabidə keçirilən “Sülh Qalxanı- 2026” əməliyyat‑taktiki təlimində Azərbaycan Ordusu ilə BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçuları birgə iştirak ediblər və hər iki ölkə başçısı bu təlimləri izləyib. Təlimlərin yaşayış məntəqəsi, dağlıq və dəniz mühitində aparılması tərəflərin müxtəlif əməliyyat şəraitlərinə hazırlığını və müasir döyüş ssenarilərinə uyğun çevik bacarıqlarını birgə sınadığını göstərir. Təlim planına uyğun olaraq isə hərbçilər bir çox tapşırıqları icra etdilər. Bu təcrübə Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında operativ əlaqələrin inkişafına və komanda səviyyəsində koordinasiyanın güclənməsinə mühüm töhfə verir. Qeyd etmək lazımdır ki, Azərbaycan indiyədək bu dərinlikdə və miqyasda birgə təlimləri əsasən Türkiyə ilə keçirirdi və BƏƏ-nin bu strateji əməkdaşlıq dairəsinə daxil olması Əbu-Dabinin Bakı üçün etibarlı və yaxın tərəfdaş olduğunu açıq şəkildə göstərir.

Ehtimal etmək olar ki, müdafiə sahəsində əməkdaşlıq gələcəkdə daha sistemli və planlı xarakter alacaq. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində müasir silah sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və hərbi sənaye məhsullarının əldə olunması önəmli istiqamətlərdəndir və BƏƏ bu sahədə ciddi texnoloji imkanlara malik tərəfdaşdır. Birgə istehsal, texnologiya transferi və müdafiə sənayesi sahəsində əməkdaşlıq hər iki ölkəyə strateji və iqtisadi faydalar gətirə bilər. Bununla yanaşı, Azərbaycanın BƏƏ və digər ərəb ölkələri ilə hərbi əməkdaşlığını əhəmiyyətli edən digər bir amil terrorizm, ekstremizm və transmilli təhlükələrə qarşı ortaq maraqların mövcudluğudur.

Yaxın Şərqdə uzun müddət davam edən münaqişələr regionda təhlükəsizlik risklərini artırıb və Azərbaycan bu risklərin yayılmasının qarşısını almaq üçün ərəb ölkələri ilə informasiya mübadiləsi və kəşfiyyat əməkdaşlığına xüsusi önəm verir. Beləliklə, keçirilən birgə təlimlər yalnız hərbi hazırlıq baxımından deyil, həm də qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-BƏƏ münasibətlərinin real və davamlı nümunəsi kimi dəyərləndirilə bilər.

Nəticə etibarilə, Azərbaycan-BƏƏ münasibətləri yalnız diplomatik protokollar və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, strateji tərəfdaşlıq, qarşılıqlı etimad və real hərbi koordinasiya ilə zənginləşən çoxşaxəli əməkdaşlıq modelidir. Hər iki ölkənin güclü tərəflərinin birləşməsi enerji, təhlükəsizlik və regiondakı stabillik baxımından qarşılıqlı fayda yaradır. Belə bir əməkdaşlıq həm Azərbaycan üçün, həm də BƏƏ üçün uzunmüddətli strateji perspektivlər və yeni imkanlar açır.(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
Next: MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.