Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Mədəniyyət
  • Tamaşaçıların istəyi ilə “Sən-Kralsan!” müziklı yenidən nümayiş olunacaq
  • Gündəm
  • Mədəniyyət

Tamaşaçıların istəyi ilə “Sən-Kralsan!” müziklı yenidən nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəkləri nəzərə alaraq, əfsanəvi müğənni Elvis Preslinin yaradıcılığına həsr olunmuş “Sən
Cavidan 28 Yanvar, 2026
jZUj8nJZwLYNN b

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəkləri nəzərə alaraq, əfsanəvi müğənni Elvis Preslinin yaradıcılığına həsr olunmuş “Sən – Kralsan!” müziklini fevralın 20-də təkrar nümayişini həyata keçirəcək.

Tamaşa üçün bütün hitlərin unikal orkestr versiyaları yaradılıb, bunun sayəsində əsl “rok-n-roll” musiqi direktoru və dirijor Cavad Tağızadənin rəhbərliyi altında simfonik orkestr tərəfindən ifa edilir.

Tamaşanın qəhrəmanları arasındakı mürəkkəb münasibətlər, intriqalar və etiraflar vokal partiyalarda və canlı rəqs nömrələrində davam edir. İnanılmaz səslər və baletmeyster Kamilə Əliyevanın möhtəşəm xoreoqrafiyası unudulmaz bayram ab-havası yaradır. Aktyorların enerjisi və xormeyster Vaqif Mastanovun rəhbərliyi altında xorun peşəkar işi tamaşanı ən yaxşı Brodvey şouları ilə müqayisə edilə bilən böyük miqyaslı musiqi bayramına çevirir. Aktyorlar və musiqiçilər sadəcə oynamırlar – onlar bu tamaşada yaşayır, tamaşaçı ilə emosiya və hisslərini bölüşürlər.

Məlumat üçün qeyd edək ki, XX əsrin kommersiya baxımından ən uğurlu populyar musiqiçilərindən hesab edilən Presli kantri və blüzu birləşdirərək yeni musiqi üslubu olan rokabilli yaradıb.

1950-ci illərin ortalarında ilk səs yazılarından başlayaraq bu üsluba müraciət edən dünya şöhrətli musiqiçi “That’s All Right”, “Blue Suede Shoes”, “Tutti Frutti”, “Hound Dog” kimi mahnıları xüsusi tərzdə yenidən ifa edib.

“Rok-n-roll Kralı” ümumilikdə 150-dən çox albomu qızıl, platin və multi-platin statusu alıb, onlarla albomu isə dünya hit-paradlarında lider mövqe tutub.

Yazdığı 786 mahnıdan altısı “Rok-n-rollu formalaşdıran mahnılar” siyahısına daxil edilib.

“Rolling Stone” jurnalı onu bütün zamanların ən böyük müğənnilərinin sırasında üçüncü hesab edib.

31 bədii filmdə də rol alan əfsanəvi sənətçi “Bütün dövrlərin 50 ən böyük sənətçisi” siyahısında da 3-cü yerə layiq görülüb.

“Sən – Kralsan!” tamaşasında əfsanəvi müğənninin 18 hiti istifadə olunub.

Biletləri bu link vasitəsilə əldə etmək mümkündür.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib
Sonrakı: Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək

Bölmənin digər xəbərləri

BgdWpx14hmRP1dfN b
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Cavidan 15 Oktyabr, 2026
vXuGdP4LceHfx_1200
  • Gündəm

Elnur Əliyev: “18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb”

Cavidan 14 Oktyabr, 2026
v3BCXODwt_1200
  • Gündəm

İlham Əliyev: “Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır”

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 286)
  • Dünya (1. 083)
  • Gündəm (3. 462)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb vcrMyLIl9JHkUewu0sAyU b 1
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr, 2026
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib BgdWpx14hmRP1dfN b 2
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

15 Oktyabr, 2026
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib BEEbxueQX_1200 (1) 3
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

15 Oktyabr, 2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib hm87sBTRp0z25jmMf6cv 4
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15 Oktyabr, 2026
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər vMyltuCcIy5zrKh_1200 5
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3286) Dünya (1083) Gündəm (3462) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 3
  • 3
  • 4. 813

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.