Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü
  • Cəmiyyət

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.Mükafata
Cavidan 19 Yanvar, 2026
prezident1

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.

Mükafata layiq görülənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilib ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.

2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib:

“Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.

Mükafatlar bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah 10 müntəzəm marşrutun hərəkəti dəyişdiriləcək
Sonrakı: Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib, həbs müddəti uzadılıb

Bölmənin digər xəbərləri

qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026
6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 084)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 1
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 2
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 3
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 4
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 5
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1084) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 93
  • 86
  • 4. 903

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.