Skip to content
4 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 026)
  • Dünya (3. 243)
  • Gündəm (11. 331)
  • İdman (633)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 344)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

Martin Ryanın məhkəməsində şahidlər dindirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış
Cavidan 13 Yanvar, 2026

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan İ.A. bildirib ki, 1997-ci ildən “Bon Accord” şirkətində anbardar işləyib: “1998-ci ildən isə “Bon Accord” şirkətində mütəxəssis işləmişəm. İndi həmin şirkətin rəhbəri vəzifəsində işləyirəm. Bu şirkət 1999-cu ildən əsasən neft sənayesi üzrə, boru təchizatı ilə məşğul olub. Boruları Almaniya, Rumıniya və digər ölkələrdən almışıq”.

O, Martin Ryanın nömrəsini ona həyat yoldaşının verdiyini bildirib:

“Həyat yoldaşıma da Martini məktəbdən bir valideyn məsləhət görmüşdü. Martin həm də fransız dilini bilirdi. Məktəbdə də fransız dili tədris olunurdu. Dedim ki, uşağın fransız dili təkmilləşsin. Övladımı onun yanına şahmat dərslərinə qoyduq. Martinlə aramda qısa dialoqlar olub. 2021-ci ilin payızında Martin mənə dedi ki, həm də çaxır biznesi ilə məşğuldur. Şərik axtardığını bildirdi. Mən əvvəl razı idim. Sonra məsləhətləşdim, Martinə razı olmadığımı bildirdim. Daha sonra  Martin xaricdən çaxır gətirmişdi. Mən də ondan iki qutu çaxır aldım. Sonra bizim növbəti görüşümüz baş tutdu. Görüşdə Martinin yanında Z.M. adlı bir şəxs də var idi. O, görüşdə Martinlə fransızca danışırdı.

Daha sonra mən belə bahalı içkiləri kimin alacağını soruşdum. Onlar isə mənə dedilər ki, xarici ölkə səfirlikləri tez-tez tədbir keçirir. Məhsulu onlar alacaq. Bu görüşdən sonra Martin mənimlə getdi. Yolda məndən Böyük Britaniya səfirliyi ilə əlaqəmin olub-olmadığını soruşdu. Mən isə heç bir əlaqəmin olmadığını bildirdim”.

Daha sonra şahid Martinlə dialoqu çərçivəsində aralarında olan söhbətlərə toxunaraq Martinin onun rəhbəri olduğu şirkət barədə maraqlandığını bildirib. O isə şirkətin əsas qərargahının Fransada yerləşdiyini Martinə deyib: “Bon-Accord” şirkətinin Azərbaycandakı filialının baş ofisinin 2019-cu ilədək Marsel şəhərində olduğu barədə və əvvəllər bu səbəbdən Fransaya tez-tez getdiyimi Martinə demişdim. Bundan sonra Martin ofisin Marsel şəhərinin hansı hissəsində yerləşdiyini, işlədiyim şirkətin hansı ölkənin filialı olduğunu, şirkətin sırf hansı fəaliyyətlə məşğul olduğunu məndən soruşdu. Mən isə cavabımda ofisin Marselin yaxınlığında Vitrol şəhərində yerləşdiyi, Böyük Britaniya şirkətinin filialı olduğu, boru və fittinqlərin idxalı və satışı ilə məşğul olduğu barədə ona dedim. 2005-2019-cu ilə kimi mərkəzi ofis Fransanın Marsel şəhərində olsa da, əslində bu şirkət beynəlxalq qrupun tərkibində idi”.

Şahid həmçinin qeyd edib ki, 2023-cü ilin may ayında Martin Ryan ona zəng vurub görüş təklif edib: “Generatorların alqı-satqısı ilə bağlı görüşdük. Martin tək deyildi. Yanında bir rus milliyətinə bənzər qadın və iri cüssəli, ucaboy kişi var idi. Generatorların ölkəyə gətirilib satılması ilə bağlı təklif verildi. Mən analiz etdim ki, Azərbaycanda bu işlə kifayət qədər məşğul olan var. Onun üçün də mən buna razı olmadım. Bizim onunla Fransa şirkətləri ilə bağlı söhbətimiz oldu.

Daha sonra prosesdə iş üzrə şahid qismində tanınan İ.İ. ifadə verib.

Şahid bildirib ki, Bakı şəhəri 80 saylı Mənzil Kommunal İstismar sahəsində işləyir: “2023-cü ilin dekabrın 4-də iş yoldaşım ilə birgə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən mənzillərin birinə məhkəmə qərarı əsasında DTX əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı öz razılığımız əsasında hal şahidi kimi iştirak etmişik. Orada olarkən bildik ki, bu mənzildə Azad Məmmədli yaşayır. Bundan sonra bizdən Azad Məmmədlini tanıyıb-tanımadığımızı soruşdular. Biz də tanımadığımızı bildirdik. Bundan sonra bizim və ev sahibinin iştirakı ilə evə baxış keçirildi. Baxış zamanı evdə fləşkartlar, mobil telefonlar, noutbuk kompüterləri, çoxlu sayda vizit kartlar və digər əşyalar aşkar edildi”.

Məhkəmənin növbəti prosesi 2 fevralda keçiriləcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.(APA)

Continue Reading

Previous: Tehranda tanınmış rejissor öldürüldü
Next: Tovuzda yük avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

Bölmənin digər xəbərləri

Gəncədə qəza olub, bir nəfər ölüb
  • Kriminal

Gəncədə qəza olub, bir nəfər ölüb

4 Mart, 2026
İsmayıllıda üç avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var
  • Kriminal

İsmayıllıda üç avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var

28 Fevral, 2026
Sumqayıtda poladəritmə sexində partlayış olub, üç fəhlə yanıq xəsarəti alıb
  • Kriminal

Sumqayıtda poladəritmə sexində partlayış olub, üç fəhlə yanıq xəsarəti alıb

27 Fevral, 2026

Top 7 Xəbər

Bakıda hava yağmursuz olacaq, rayonlara qar yağacaq – PROQNOZ 1

Bakıda hava yağmursuz olacaq, rayonlara qar yağacaq – PROQNOZ

4 Mart, 2026
MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış edib 2

MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış edib

4 Mart, 2026
Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb 3

Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb

4 Mart, 2026
Xamenei ilə vida mərasimi bu gün başlayacaq, 3 gün davam edəcək 4

Xamenei ilə vida mərasimi bu gün başlayacaq, 3 gün davam edəcək

4 Mart, 2026
Martın 9-da buraxılış imtahanında 58 mindən çox şagird iştirak edəcək 5

Martın 9-da buraxılış imtahanında 58 mindən çox şagird iştirak edəcək

4 Mart, 2026
Tramp: Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil 6

Tramp: Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil

4 Mart, 2026
Gəncədə qəza olub, bir nəfər ölüb 7

Gəncədə qəza olub, bir nəfər ölüb

4 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 026)
  • Dünya (3. 243)
  • Gündəm (11. 331)
  • İdman (633)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 344)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9026) Dünya (3243) Gündəm (11331) Kateqoriyasızlar (467) Kriminal (1344) Mədəniyyət (338) Siyasət (2959) Texnologiya (14) İdman (633) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda hava yağmursuz olacaq, rayonlara qar yağacaq – PROQNOZ 4 Mart, 2026
  • MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış edib 4 Mart, 2026
  • Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb 4 Mart, 2026
  • Xamenei ilə vida mərasimi bu gün başlayacaq, 3 gün davam edəcək 4 Mart, 2026
  • Martın 9-da buraxılış imtahanında 58 mindən çox şagird iştirak edəcək 4 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.