Skip to content
12 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 662)
  • Dünya (3. 109)
  • Gündəm (10. 817)
  • İdman (603)
  • İqtisadiyyat (556)
  • Kateqoriyasızlar (448)
  • Kriminal (1. 309)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 922)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • MEDİA-nın yaradılmasından 5 il ötür
  • Cəmiyyət

MEDİA-nın yaradılmasından 5 il ötür

1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya
Cavidan 12 Yanvar, 2026

1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Azərbaycan mediası bu dövr ərzində özünəməxsus inkişaf yolu keçərək, ölkədə və dünyada baş verənlər haqqında cəmiyyətin məlumatlandırılmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Müasir dövrdə isə cəmiyyətin bütün sahələrində aparılan köklü islahatlar, qlobal informasiya məkanında sürətlə baş verən dəyişikliklər və kommunikasiya vasitələrinin inkişafı medianın fəaliyyətində keyfiyyət dəyişikliyini zəruri edir.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılmasına zərurət yaranıb.

Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Müvafiq sahənin inkişafının təmini, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində fəaliyyət, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.

Son illər Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri getdikcə genişlənir, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir ki, burada da Medianın İnkişafı Agentliyinin rolu danılmazdır.

MEDİA, həmçinin qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platformalar olan bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə təşkilində də xüsusi fəallıq göstərir.

Yaradılmasından qısa müddət, beş il keçməsinə baxmayaraq, qurum Azərbaycan mediasının modernləşməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaf fəaliyyətinin təmin olunmasında mühüm nəticələrə imza atıb. Görülən işlərin nəticəsidir ki, Azərbaycan mediası getdikcə həm yerli, həm də beynəlxalq aləmdə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirir.

Continue Reading

Previous: Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq
Next: Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək

Bölmənin digər xəbərləri

Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək
  • Cəmiyyət

Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək

12 Yanvar, 2026
Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • Cəmiyyət

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

12 Yanvar, 2026
Günün qoroskopu: Yuxularınız və intuisiyanız sizə mühüm ipucları verə bilər
  • Cəmiyyət

Günün qoroskopu: Yuxularınız və intuisiyanız sizə mühüm ipucları verə bilər

12 Yanvar, 2026

Top 7 Xəbər

Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək 1

Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək

12 Yanvar, 2026
MEDİA-nın yaradılmasından 5 il ötür 2

MEDİA-nın yaradılmasından 5 il ötür

12 Yanvar, 2026
Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq 3

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

12 Yanvar, 2026
Tehranda tanınmış rejissor öldürüldü 4

Tehranda tanınmış rejissor öldürüldü

12 Yanvar, 2026
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək 5

Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək

12 Yanvar, 2026
Günün qoroskopu: Yuxularınız və intuisiyanız sizə mühüm ipucları verə bilər 6

Günün qoroskopu: Yuxularınız və intuisiyanız sizə mühüm ipucları verə bilər

12 Yanvar, 2026
Paşinyan II Qareginin bugünkü fərmanlarını RƏDD ETDİ 7

Paşinyan II Qareginin bugünkü fərmanlarını RƏDD ETDİ

10 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 662)
  • Dünya (3. 109)
  • Gündəm (10. 817)
  • İdman (603)
  • İqtisadiyyat (556)
  • Kateqoriyasızlar (448)
  • Kriminal (1. 309)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 922)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8662) Dünya (3109) Gündəm (10817) Kateqoriyasızlar (448) Kriminal (1309) Mədəniyyət (328) Siyasət (2922) Texnologiya (14) İdman (603) İqtisadiyyat (556)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək 12 Yanvar, 2026
  • MEDİA-nın yaradılmasından 5 il ötür 12 Yanvar, 2026
  • Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq 12 Yanvar, 2026
  • Tehranda tanınmış rejissor öldürüldü 12 Yanvar, 2026
  • Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək 12 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.