Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM:8 yanvarda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM:8 yanvarda baş vermiş tarixi hadisələr

Azərbaycan Respublikası ərazisində yerləşən qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı 463-cü ilin bu günü Qəbələdən Bərdə şəhərinə köçürülüb. Bəs,
Cavidan 8 Yanvar, 2026
1767787695_1766062666_5341642915165442312

Azərbaycan Respublikası ərazisində yerləşən qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı 463-cü ilin bu günü Qəbələdən Bərdə şəhərinə köçürülüb.

Bəs, yanvarın 8-də dünyada daha hansı hadisələr baş verib?

1. 8 yanvar 1547-ci ildə Iitva dilində ilk kitab olan “Martines Majvidasin katexizmi” nəşr olunub.

2. 1900-cu ilin 8 yanvarında Alyaska rəsmən ABŞ-ın idarəetməsinə keçib.

3. Birinci Dünya Müharibəsində Çanaqqala Cəbhəsində Türkiyənin müqavimətini qıra bilməyən və geriçəkilmə qərarı verən müttəfiq qüvvələrin son hərbi birlikləri 1916-cı ilin 8 yanvarında Çanaqqaladan çıxmağa başladı. Bir gün sonra 5-ci Ordu komandiri Otto Liman von Sanders Gelibolu yarımadasında müttəfiq əsgəri qalmadığını Baş Komandanlığa teleqrafla bildirdi.

4. 8 yanvar 1940-cı ildə İkinci Dünya Müharibəsi səbəbilə Böyük Britaniyada qida rasionu tətbiq edilib.

5. 1959-cu ilin bu günündə Şarl de Qoll Beşinci Fransa Respublikasının ilk prezidenti olub.

6. 8 yanvar 1977-ci ildə Moskvada eyni zamanda bir neçə terror aktı törədilib.

7. 1992-ci ilin bu günü ermənilər “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində terror aktı törətdilər. Hadisə nəticəsində 25 adam həlak oldu, 88 nəfər yaralandı.

8. 8 yanvar 2016-cı ildə dünyanın ən güclü narkotik alverçisi kimi tanınan Xoakin “El Çapo” Quzman Meksikadakı yüksək təhlükəsizlik həbsxanasından qaçdıqdan sonra yenidən həbs olunub.

8 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Venesiyada bir tacir ailəsində anadan olan məşhur səyyah Marko Polo (Marco Polo) 1324-cü ilin bu günü 70 yaşında dünyadan köçüb.

2. Müasir fizika və astronomiya elmlərinin baniləri arasında yer alan İtaliya alimi Qalileo Qaliley (Galileo Galilei) 1642-ci ilin bu günü 79 yaşında dünyadan köçüb.

3. Azərbaycan sərkərdəsi, general Əmənulla xan Qacar 1862-ci ildə Qarabağın mərkəzi Şuşada anadan olub. Sankt-Peterburqda hərbi kadet korpusunu bitirdikdən sonra 9-cu piyada kazak diviziyasının komandiri olan Əmənulla xan Birinci Dünya Müharibəsi illərində Avstriya cəbhəsində döyüşüb.

4. General-mayor Əmənulla xan Qacar 1918-1920-ci illərdə dörd general qardaşı ilə birlikdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Boşleviklər Azərbaycanda hakimiyyətə gəldikdən sonra o, İrana gedib, Tehranda yaşayıb və 1937-ci ildə 75 yaşında dünyadan köçüb (1862-1937).

5. 8 yanvar  1920-ci ildə Azərbaycan teatr və kino aktrisası Leyla Bədirbəyli anadan olub. O, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı olub. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti olub, 1942–1975 illərdə isə Akademik Dözlət Dram Teatrında çalışıb. Bizim.Media

Post navigation

Previous: Dumanlı hava sabah axşamadək davam edəcək
Next: Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru və baş mühasib barədə cinayət işinə xitam verilib

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026
377fb741-90 V
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.