Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: Yanvarın 6-da baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: Yanvarın 6-da baş vermiş tarixi hadisələr

Cavidan 6 Yanvar, 2026
1767613229_1

6 yanvar 1810-cu ildə İstanbul sazişi imzalanıb. Sazişə əsasən Osmanlı dövləti Krımı Çar Rusiyasına verib.

Bəs, 6 yanvarda daha hansı hadisələr baş verib?

1. 1810-cu ilin bu günündə Samuel Morze teleqrafı kəşf edib.

2. Kommunikasiya sahəsində yeni bir dövr açan, texnoloji inkişafın ilk addımı sayılan teleqraf Samuel Morze tərəfindən ilk dəfə 1838-ci ilin bu günü xalqa təqdim edilib.

3. 6 yanvar 1870-ci ildə Vyananın məşhur konsert zalı “Musikverei”nin təntənəli açılışı olub.

4. 1907-ci ilin 6 yanvarında İtaliyalı pedaqoq Mariya Montessori Romada orta təbəqəli ailələrin uşaqları üçün özünün ilk məktəbini və uşaq bağçasını açıb.

5. 6 yanvar 1912-ci ildə Nyu-Meksiko ABŞ-ın 47-ci ştatı olub.

6. Birinci İnönü döyüşü 1921-ci ilin bu günü – yanvarın 6-da başlayıb. İşğal altındakı torpaqlardan düşməni qovmaq üçün Milli Mücadiləyə başlayan türklər yeni qurulan nizami ordu ilə qələbə qazanıb.

7. 1946-cı il yanvarın 6-da İranda Azərbaycan Milli Firqəsinin qərarı ilə Azərbaycan türkcəsi dövlət dili elan olunub. Bu, 21 Azər inqilabından sonra milli hökumətin qəbul etdiyi ilk qərar idi. Bundan sonra hökumət Təbriz Dövlət Universitetinin yaranması ilə bağlı qərar verdi.

8. 1956-ci ilin bu günü Kanadada 14 ölkənin qatıldığı hava nümayişi yarışlarında Türkiyə birinci olub.

9. 1960-cı ilin 6 yanvarında Türkiyədə Mersin zavodunun təməli qoyulub. Gündə 9 min ton xam neft emal edən zavodun tikintisinə 15 min ton polad istifadə edilib.

10. 6 yanvar 1984-cü ildə Tunis “Çörək üsyanı”na səhnə oldu. Çörək qiymətlərinin 125 faiz artması qarşısında xalq küçələrə axışdı. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə toqquşmaya çevrilən etiraz aksiyalarında 75 nəfər həyatını itirdi, mindən çox nümayişçi saxlanıldı və ölkədə fövqəladə vəziyyət elan edildi.

11. Türkiyədə insanların üstündə gəzdirməsi belə qadağan olunan valyuta alış-verişi 1984-ci ilin bu günündən sərbəst buraxılıb.

12. 1990-cı ilin 6 yanvarında ermənilər Azərbaycanın Ağdam şəhər avtovağzalında partlayış törətdi: 2 nəfər həlak oldu, 2-si yaralandı.

13. 6 yanvar 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı hesabına qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan edildi.

14. 6 yanvar 2016-cı ildə Şimali Koreya rəhbərliyi ilk dəfə hidrogen bombasını sınaqdan keçirdiyini və sınağın uğurlu olduğunu açıqladı. Punggye-ri Nüvə Mərkəzi yaxınlığında keçirilən sınaq beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb oldu. Ancaq ABŞ rəhbərliyi sınaq keçirildiyinə dair sübut olmadığını bildirdi.

Bəs, 6 yanvarda kimlər xatırlanır?

1. Bu gün görkəmli Azərbaycan bəstəkarı, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəylinin xatirə günüdür. O, 1976-cı ilin 6 yanvarında 69 yaşında dünyasını dəyişib. Sankt-Peterburq Konservatoriyası nəzdindəki musiqi məktəbini bitirdikdən (1938) ta ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor olan Əfrasiyab Bədəlbəyli musiqi mədəniyyəti tarixində daha çox “Qız qalası” ilk Azərbaycan milli baletinin müəllifi olaraq tanınır. (1907-1976)

2. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Mikayıl Müşfiq 1938-ci ilin bu günü repressiya olunaraq güllələnib. Azad fikirləri, arzularına görə Stalin repressiyasının qurbanı olub. Müşfiqin “Yenə o bağ olaydı”, Oxu, tar” və bir sıra şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

3. Tatar əsilli Azərbaycan aktrisası Mərziyyə Davudova 1962-ci ilin 6 yanvarında Bakıda dünyasını dəyişib. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. Aktrisa ilk rolunu oynayarkən 16 yaşında olub. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: “Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir”.

4. Kinorejissor, ssenarist, aktyor Ənvər Əbluc 1947-ci ilin 6 yanvarında Beyləqanda doğulub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Dublyaj sahəsində xüsusi xidmətləri var. (Bizim.Media)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Heydər Əliyev Fondunun vitse-prezidenti Omanın birinci xanımı ilə görüşüb
Next: Orta məktəblərdə 5 gün dərs olmayacaq

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.