Skip to content
20 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 934)
  • Dünya (3. 203)
  • Gündəm (11. 181)
  • İdman (627)
  • İqtisadiyyat (570)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 337)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 945)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Yanvarda hava necə olacaq?

Yanvar ayına olan hava proqnozu açıqlanıb. 2026-cı ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi
Cavidan 30 Dekabr, 2025

Yanvar ayına olan hava proqnozu açıqlanıb.

2026-cı ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilib (norma 18-28 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 0-2 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı qeyd olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-25 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı ehtimal olunur ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 9-14 şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı qeyd bildirilir (norma 15-28 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı qeyd olunur (norma 24-30 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, bəzi günlərdə 16-20 dərəcə şaxta, dağlıq ərazilərdə gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 22-49 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur (norma 17-31 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, dağlarda gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur (norma 44-98 mm).

Continue Reading

Previous: Azərbaycan-Küveyt münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Next: Həsən Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
  • Cəmiyyət

Prezident İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib

19 Fevral, 2026
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
  • Cəmiyyət

Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib

19 Fevral, 2026
İsveçrə parlamentində həşir – Didye Burkhalterin himayədarlığı – ŞƏRH
  • Cəmiyyət

İsveçrə parlamentində həşir – Didye Burkhalterin himayədarlığı – ŞƏRH

19 Fevral, 2026

Top 7 Xəbər

Prezident İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib 1

Prezident İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib

19 Fevral, 2026
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib 2

Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib

19 Fevral, 2026
İsveçrə parlamentində həşir – Didye Burkhalterin himayədarlığı – ŞƏRH 3

İsveçrə parlamentində həşir – Didye Burkhalterin himayədarlığı – ŞƏRH

19 Fevral, 2026
Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirib – VİDEO 4

Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirib – VİDEO

19 Fevral, 2026
Dmitriyev: Rusiyanın sanksiyaların ləğvi üçün ABŞ-a 12 trilyonluq layihə təklifi barədə xəbər saxtadır 5

Dmitriyev: Rusiyanın sanksiyaların ləğvi üçün ABŞ-a 12 trilyonluq layihə təklifi barədə xəbər saxtadır

19 Fevral, 2026
Azərbaycanda xarici məhkəmə qətnamələri icra olunur 6

Azərbaycanda xarici məhkəmə qətnamələri icra olunur

19 Fevral, 2026
Belarus və Azərbaycan Qarabağda birgə layihələri müzakirə edib 7

Belarus və Azərbaycan Qarabağda birgə layihələri müzakirə edib

19 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 934)
  • Dünya (3. 203)
  • Gündəm (11. 181)
  • İdman (627)
  • İqtisadiyyat (570)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 337)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 945)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8934) Dünya (3203) Gündəm (11181) Kateqoriyasızlar (463) Kriminal (1337) Mədəniyyət (335) Siyasət (2945) Texnologiya (14) İdman (627) İqtisadiyyat (570)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib 19 Fevral, 2026
  • Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib 19 Fevral, 2026
  • İsveçrə parlamentində həşir – Didye Burkhalterin himayədarlığı – ŞƏRH 19 Fevral, 2026
  • Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirib – VİDEO 19 Fevral, 2026
  • Dmitriyev: Rusiyanın sanksiyaların ləğvi üçün ABŞ-a 12 trilyonluq layihə təklifi barədə xəbər saxtadır 19 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.