Skip to content
29 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Taksi buraxılış vəsiqəsi almaq üçün son tarix açıqlanıb
  • Cəmiyyət
  • Gündəm

Taksi buraxılış vəsiqəsi almaq üçün son tarix açıqlanıb

Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır. Bu barədə Azərbaycan Yerüstü
Cavidan 23 Dekabr, 2025
694a98a6232e4694a98a6232e5176649642 c

Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib.

Kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin edilmişdir. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

Qurum müraciət edən şəxslərdən xahiş edir ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.

Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.

Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb – YENİLƏNİB
Sonrakı: Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib

Bölmənin digər xəbərləri

1793195815_recep-tayyv
  • Dünya

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

Cavidan 28 Oktyabr, 2026
6ae1f730de2426ae1f7 v
  • Dünya

Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər

Cavidan 28 Oktyabr, 2026
menzil
  • Gündəm

Prezidentdən daşınmaz əmlakla bağlı – Fərman

Cavidan 28 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise AI Android Anime AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese biznes Business Cyberpunk Cybersecurity Edgerunners Elektromobil Epic Games Store Fraud Detection HDD JBOD Netflix Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Reytinq Roadster Rəqəmsal İmza Science Sker Ritual smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World Ödəniş mühiti İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 359)
  • Dünya (1. 101)
  • Gündəm (3. 483)
  • İdman (256)
  • İqtisadiyyat (171)
  • Kateqoriyasızlar (244)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (37)

Xəbər Trendi

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək X46NeV8TLtpb6zG v_1200 1
  • Dünya

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

29 Oktyabr, 2026
Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək 1793195815_recep-tayyv 2
  • Dünya

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

28 Oktyabr, 2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər 6ae1f730de2426ae1f7 v 3
  • Dünya

Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər

28 Oktyabr, 2026
Prezidentdən daşınmaz əmlakla bağlı – Fərman menzil 4
  • Gündəm

Prezidentdən daşınmaz əmlakla bağlı – Fərman

28 Oktyabr, 2026
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı  1793189944_n V 5
  • Gündəm

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı 

28 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3359) Dünya (1101) Gündəm (3483) Kateqoriyasızlar (244) Kriminal (307) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (37) İdman (256) İqtisadiyyat (171)

Sayt üzrə statistika

  • 6
  • 75
  • 66
  • 6. 540

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.