Skip to content
29 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub
  • Cəmiyyət

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub

Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib. İclasdan əvvəl
Cavidan 22 Dekabr, 2025
SQEnn4NT6aUpoLjTwZEeDt9543FhTHzng

Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

İclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Daha sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Komissiyanın iclası olub.

İclasda qeyd olunub ki, Azərbaycanla Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.

2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı tarixi Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdığı bildirilib.

Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin və sıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən əsas amil olduğu bildirilib.

Təkcə bu il Prezidentlər arasında 7 qarşılıqlı səfərin baş tutduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin 19 iyunda Türkiyəyə son səfəri zamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminin keçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etdiyi vurğulanıb. Bütün bunların siyasi dialoqun yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanaraq Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləri qeyd edilib.

Oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün baş tutduğu və sədrliyin Azərbaycana keçdiyi bildirilib, sədrliyimiz dövründə təşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

Bu il TDT-də yeni formatın – Hökumət başçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstanda keçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud olduğunu göstərir.

Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərək əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları meqa enerji layihələrinin böyük regional və qlobal əhəmiyyət daşıdığı bildirilib.

Cənub Qaz Dəhlizinin strateji önəmi vurğulanaraq son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatdığı, onlardan 10-nun Avropa ölkəsi olduğu bildirilib.

Birgə səylərlə artıq Suriyaya qaz nəqlinə başlanıldığı, ilk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazının Yaxın Şərq regionuna çatdığı vurğulanıb.

Cari ilin mart ayında istismara verilən İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirdiyi diqqətə çatdırılıb.

Elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək bu gün Naxçıvan-Türkiyə enerji qovşağı layihəsi üzərində fəal işin aparıldığı qeyd edilib. Vurğulanıb ki, Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraq Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflər sırasındadır.

Nəqliyyat sahəsi Azərbaycan-Türkiyə əməkdaşlığının prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib. İki ölkə arasında avtomobil və dəmir yolu nəqliyyatı ilə yük daşımaları sahəsində əməkdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə olunub.

Orta Dəhlizin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığı vurğulanıb. Ə.Əsədov BTQ dəmir yoluna əlavə yük axınlarının cəlb edilməsi üçün səylərin artırılmasının önəmini qeyd edib.

Orta Dəhlizin inkişafının hər iki ölkə üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi üzrə Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyəti qeyd olunub.

İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas xəttinə çevriləcəyi vurğulanıb. Avqustda Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Türkiyənin həmçinin humanitar əlaqələrə böyük əhəmiyyət verdikləri bildirilib. Təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan Türkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

Bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yeni filialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədris ilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətə çatdırılıb.

Peşə təhsili sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, bu sahədə Türkiyənin təcrübəsinin ölkəmiz üçün faydalı olacağına ümidvarlıq ifadə olunub.

Eyni zamanda ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Ə.Əsədov Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə C.Yılmaza təbriklərini çatdırıb, tədbirə hazırlıq prosesində Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

İclasda hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

Sonda Əli Əsədov və C.Yılmaz iclasın Protokolunu imzalayıblar və ikitərəfli əməkdaşlığın aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqləyiblər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Daxili işlər naziri gənclərin sırasından seçim edib – VİDEO
Sonrakı: Deputatlar daha 11 məsələnin müzakirəsinə TOPLAŞIRLAR

Bölmənin digər xəbərləri

1793186685_5409126373328100129 v
  • Cəmiyyət

Zelenskinin “sağ əli” Uitkoffla mübahisə etdiyini təkzib etdi

Cavidan 28 Oktyabr, 2026
377fb741-90d7-4 v-a8cdabae2971_1200
  • Cəmiyyət

Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir – PROQNOZ

Cavidan 28 Oktyabr, 2026
pCrIZCchC8hO3L V
  • Cəmiyyət

EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq

Cavidan 28 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise AI Android Anime AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese biznes Business Cyberpunk Cybersecurity Edgerunners Elektromobil Epic Games Store Fraud Detection HDD JBOD Netflix Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Reytinq Roadster Rəqəmsal İmza Science Sker Ritual smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World Ödəniş mühiti İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 359)
  • Dünya (1. 100)
  • Gündəm (3. 483)
  • İdman (256)
  • İqtisadiyyat (171)
  • Kateqoriyasızlar (244)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (37)

Xəbər Trendi

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək 1793195815_recep-tayyv 1
  • Dünya

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

28 Oktyabr, 2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər 6ae1f730de2426ae1f7 v 2
  • Dünya

Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər

28 Oktyabr, 2026
Prezidentdən daşınmaz əmlakla bağlı – Fərman menzil 3
  • Gündəm

Prezidentdən daşınmaz əmlakla bağlı – Fərman

28 Oktyabr, 2026
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı  1793189944_n V 4
  • Gündəm

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı 

28 Oktyabr, 2026
Zelenskinin “sağ əli” Uitkoffla mübahisə etdiyini təkzib etdi 1793186685_5409126373328100129 v 5
  • Cəmiyyət

Zelenskinin “sağ əli” Uitkoffla mübahisə etdiyini təkzib etdi

28 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3359) Dünya (1100) Gündəm (3483) Kateqoriyasızlar (244) Kriminal (307) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (37) İdman (256) İqtisadiyyat (171)

Sayt üzrə statistika

  • 1
  • 43
  • 38
  • 6. 508

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.