Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında videokonfrans keçirilib.
Bu barədə Qazaxıstan prezidentinin “Twitter” hesabında məlumat verilib.
“Bu gün Aİ Şurasının prezidenti Şarl Mişellə məhsuldar söhbətimiz oldu. Qazaxıstandakı vəziyyətlə bağlı ona məlumat verdim. Dövlətçiliyimizə qarşı misli görünməmiş təcavüz və qəsd aktı ilə üzləşdik, biz konstitusiya quruluşunun və qanunun aliliyinin bərpası üçün təxirəsalınmaz tədbirlər gördük. Biz dinc etirazçılara qarşı heç vaxt silahlı güc tətbiq etməmişik və etməyəcəyik. Belə iddiaların hamısı yalandır. Qazaxıstan Aİ ilə tərəfdaşlığı gücləndirməyə davam edəcək”, – Tokayev qeyd edib.