Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib
  • Cəmiyyət
  • Gündəm

Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib. Bu rəy Hesablama Palatasının sədri
Cavidan 15 Dekabr, 2025
CnRk1TpU0Dq846gUqgJXgZHVafilICfpzdqcGlk

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib.

Bu rəy Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında təsdiqlənib.

Bildirilib ki, rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.

Müzakirələrin nəticəsində rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin “Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi” müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.

Maliyyə Nazirliyinin açıqladığı proqnozlara əsasən, 2026-cı ildə ARDNF-nin büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (2025-ci illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 12 milyard 974,1 milyon manat (-11,1 %) olması proqnozlaşdırılır.

2026-cı ilin büdcə zərfinin layihəsinə əsasən, gələn il Fondun xərclərinin 12 milyard 835 milyon manatını dövlət büdcəsinə transfert, 7,1 milyon manatını “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 99,2 milyon manatını “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın və 32,8 milyon manatını “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlı xərclər təşkil edəcək.

Post navigation

Previous: DTX həbs olunan icra başçısının görünülərini YAYDI
Next: Azərbaycan xarici ticarətlə bağlı “Bir pəncərə” informasiya sistemi yaradır

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026
377fb741-90 V
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.