Skip to content
28 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 320)
  • Dünya (3. 342)
  • Gündəm (11. 670)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 984)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən  “Böhran zamanı
Cavidan 20 Oktyabr, 2025

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən 

“Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Çıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə Qafarova bunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq, köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitar fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq etdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu, vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər ehtiyac duyulduğunu açıq şəkildə göstərir.
Tədbir iştirakçılarına bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması haqqında məlumat verən spiker Sahibə Qafarova deyib ki, tərəflər sülh sazişini də parafladılar ki, bu da onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır.

Milli Məclisin sədri, assambleyada daha bir humanitar çağırış kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır.

Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir.

Continue Reading

Previous: Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb
Next: Prezident Qazaxıstandadır – Fotolar

Bölmənin digər xəbərləri

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
  • Cəmiyyət

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

27 Aprel, 2026
“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”
  • Cəmiyyət

“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”

27 Aprel, 2026
Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir
  • Cəmiyyət

Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir

27 Aprel, 2026

Top 7 Xəbər

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib 1

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

27 Aprel, 2026
“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək” 2

“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”

27 Aprel, 2026
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB 3

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

27 Aprel, 2026
Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir 4

Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir

27 Aprel, 2026
FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 5

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

27 Aprel, 2026
2 ay əvvəl evlənən qazi qəzada öldü – Foto 6

2 ay əvvəl evlənən qazi qəzada öldü – Foto

27 Aprel, 2026
Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri 6 həftədən sonra elan olunacaq 7

Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri 6 həftədən sonra elan olunacaq

27 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 320)
  • Dünya (3. 342)
  • Gündəm (11. 670)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 984)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9320) Dünya (3342) Gündəm (11670) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2984) Texnologiya (14) İdman (645) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib 27 Aprel, 2026
  • “Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək” 27 Aprel, 2026
  • İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB 27 Aprel, 2026
  • Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir 27 Aprel, 2026
  • FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 27 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.