Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 051)
  • Dünya (3. 257)
  • Gündəm (11. 368)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Müstəqillik günümüz mübarək!

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında
Cavidan 18 Oktyabr, 2025

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.

1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib.

2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr – Dövlət Müstəqilliyi günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayramdır.

Buna qədər Azərbaycanda 28 May – Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Continue Reading

Previous: 550 nəfər dövlət qulluğuna imtahan verəcək
Next: Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə BAŞLANILIB

Bölmənin digər xəbərləri

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb
  • Kateqoriyasızlar

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

9 Mart, 2026
Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib
  • Kateqoriyasızlar

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib

6 Mart, 2026
Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib
  • Kateqoriyasızlar

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib

5 Mart, 2026

Top 7 Xəbər

Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub 1

Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub

10 Mart, 2026
UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır 2

UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır

10 Mart, 2026
Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 3

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

10 Mart, 2026
Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 4

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib

9 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 5

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 6

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026
İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 7

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

9 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 051)
  • Dünya (3. 257)
  • Gündəm (11. 368)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9051) Dünya (3257) Gündəm (11368) Kateqoriyasızlar (471) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub 10 Mart, 2026
  • UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır 10 Mart, 2026
  • Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 10 Mart, 2026
  • Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 9 Mart, 2026
  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 9 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.